Fransa erməniləri çətin duruma düşüblər
Tarix: 19.02.2014 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Fransa tarixçisi Maksim Quen ermənilərin ASALA terror təşkilatının keçmiş mətbuat katibi Ara Toronyanı “diffamasiya” və “şərəf və ləyaqətin təhqir edilməsi” maddələri üzrə məhkəməyə verib. Quen Bu sahədə ölkənin ən yaxşı mütəxəssisi sayılan Quenin vəkili iddiaçının çox yaxşı şansları olduğunu bildirir.
Cavabdeh Ara Toronyan isə hazırda Fransa Erməni Assosiasiyalarının həmsədri vəzifəsini tutur. Bu şübhəli təşkilatın digər həmsədri – Daşnaksütun partiyasının Qərbi Avropa bürosunun başçısı Murad Papazyan Fransanın indiki prezidenti Fransua Ollanda kifayət qədər yaxın adamdır.
1985-ci ildə Toronyan Parisin Orli aeroportunda partlayışın təşkilində əli olmuş şəxsləri gizlətdiyinə görə həbs edilib 15 il azadlıqdan məhrumolma cəzasına məhkum edilsə də, hökmdən şikayət edilmiş və Toronyan layiqli cəzadan yaxa qurtara bilmişdi.
Əldə etdiyimiz məlumata görə, Toronyanın vəziyyəti çox ağırdır və məhkəmədə uduzması onu tamamilə var-yoxdan çıxaracaq.
Son illər biz maraqlı bir meyl müşahidə edirik: ifrat millətçi ermənilər məhkəmə meydanında dalbadal məğlubiyyətə uğrayırlar. Əvvəlcə Maksim Quen 2010-cu ildə “şərəf və ləyaqətin təhqir edilməsi” maddəsi üzrə Movses Nissanyanın ona qarşı qaldırdığı iddia üzrə prosesi udmuşdu. Sonra 2012-ci il fevralın 28-də Fransanın Konstitusiya Şurası ermənilərin “1915-ci ilin soyqırımı” adlandırdıqlarının inkar olunmasının kriminallaşdırılması haqqında qanun layihəsini qeyri-qanuni elan etmişdi. Düz bir il sonra, 2013-cü il fevralın 28-də türk Sirma Oran Marts “France-Armenie” nəşrinin keçmiş redaktoru, “Ədalət və demokratiya uğrunda Avropa-Ermənistan Federasiyası”nın keçmiş icraçı direktoru Lorent Leylekyana qarşı iddia üzrə məhkəmə işini qazanmışdı. Bu il həmin iş üzrə apellyasiya da rədd edilibr. Keçən il isə dekabrın 17-də türk siyasətçisi Doqu Perinçek İnsan Haqları üzrə Avropa Məhkəməsində İsveçrəyə qarşı iddia üzrə məhkəmə işini udmuşdur. İndi də Ara Toronyanın uzun dili fransızpərəst ermənilərin əhvalının korlanmasına səbəb olacaq. Bütün bunlar onu göstərir ki, hüquq meydanında hakimləri səs dalınca qaçan siyasətçilərin satıldığı kimi asanlıqla “satın almaq” mümkün deyil və ermənilər tam məğlubiyyətə uğrayırlar. Onlar Birinci Dünya müharibəsi hadisələrinə dair açıq müzakirələrdən və bu hadisələrin birlikdə araşdırılmasından qorxaqcasına qaçmasaydılar, elm sahəsində də məğlubiyyətə uğrayardılar.
Yeri gəlmişkən, təfsilatına varmadan Serj Sarqsyana bildirək ki, elə orada, onların sevimli Fransasında ermənilərə qarşı daha bir məhkəmə iddiası hazırlanır və təxminən iki həftədən sonra bu iddia ilə məhkəməyə müraciət ediləcək. Yəqin onlara elə gəlirdi ki, “yalanları həmişə ayaq tutub yeriyəcək”. Amma o vaxtlar keçdi, artıq onlar Azərbaycan və türk dəlillərinin gücünü, həqiqət qarşısında ədalətin yenilməzliyini hiss etməyə başlayıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Əli Həsənov: “Azərbaycan hakimiyyəti bütün situasiyaya nəzarət etmək gücündə, imkanında və iradəsindədir“
21.10.2019
XİN: Bəzi təşkilatların əsassız bəyanatlar yayması Azərbaycana münasibətdə ikili standartların tətbiqi kimi qiymətləndirilməlidir
21.10.2019
Xalq müxalifətə dəstək vermədi
21.10.2019
Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edildi
21.10.2019
Baş Prokurorluq oktyabrın 19-da keçirilmiş qanunsuz aksiya ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info