Qiyabi təhsil forması məhdudlaşdırılır
Tarix: 19.02.2014 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


2014/2015-ci tədris ilindən Azərbaycanda bakalavriat səviyyəsi üzə qiyabi təhsil formasına plan yerlərinin sayı azaldılıb. Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdiri baş məsləhətçi Natiq İbrahimov jurnalistlərə açıqlamasında deyib ki, artıq bununla da qiyabi təhsil forması məhdudlaşdırılır. Onun sözlərinə görə, bu ildən ali təhsilin magistratura pilləsində qiyabi təhsil formasına qəbul aparılmayacaq. N.İbrahimov qeyd edib ki, Azərbaycanda növbəti tədris ili üçün müəllim ixtisaslarına da qəbul azalıb. Nazirlik rəsmisinin fikrincə, ali təhsil müəssisələrinə müəllim ixtisası üzrə qəbul planı artırılsa da, ümumilikdə götürdükdə respublikada müəllim ixtisasları üzrə qəbul planı azalıb: “Bu da əsasən kolleclərdəki müəllim hazırlığı ilə bağlıdır. Orta ixtisas məktəblərində 2 ixtisas üzrə müəllim hazırlığı dayandırılıb. Bunlar ibtidai sinif və informatika müəllimliyidir. Ali təhsil müəssisələrində isə müəllim ixtisası üzrə qəbulda artım var. Bu sahə üzrə dövlət sifarişli yerlərin sayı 800-dək artırılıb”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
196 nizamsız miqrant tutuldu
22.10.2019
Tramp Türkiyəni sanksiyalarla hədələyib
22.10.2019
ABŞ-ın energetika naziri dekabrın 1-i istefaya gedəcək
22.10.2019
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi Misirdə qeyd edilib
22.10.2019
Prezident Baş Nazirin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib (YENİLƏNİB)

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info