Sumqayıtda “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Tarix: 19.02.2014 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


Sumqayıtın Nəriman Nərimanov adına mədəniyyət evində Sumqayıt özəl türk liseyinin təşkil etdiyi “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin qaliblərini mükafatlandırma mərasimi keçirilib. Tədbirdə qalib adı qazanan şagirdlərlə yanaşı, fəallığı ilə seçilən məktəb direktorlarına da hədiyyələr verilib.
Tədbirdə Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin rəsmilərindən Mesut Kurnaz, Ahmet Çamalan, həmçinin Sumqayıt şəhər təhsil şöbəsinin müdir əvəzi Vaqif Ələkbərov iştirak edib.
Tədbiri giriş sözü ilə açan liseyin müdiri Osman Aydoğan mədəniyyətimizin və onun daşıyıcısı olan dilimizin həm öyrənilməsi, həm də dünyaya tanıtdırılması baxımından müsabiqənin əhəmiyyətindən bəhs edib. O, Sumqayıtda məktəblilər arasında bu yarışmaya böyük maraq olduğunu vurğulayaraq qeyd etdi ki, festivalın belə yüksək səviyyədə keçirilməsində şəhər rəhbərliyi və təhsil şöbəsinin yaxından iştirakı olub.
Qeyd edək ki, “Dil və mədəniyyət festivalı” adı altında keçirilən bu yarışda qaliblər bir çox nominasiyalar üzrə (mahnı, şeir, inşa, internetdə veb-səhifə hazırlanması və qrammatika) müəyyən edilir.
Xatırladaq ki, festivalda bütövlükdə 35 məktəbdən 200-dən çox şagird iştirak edib. Qaliblər fevralın 20-24-də keçiriləcək respublika finalına vəsiqə qazanıblar.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Məhrumiyyətlərdən çəkinməyən, hər bir təhdidə və təhlükəyə gedə bilən Heydər Əliyev bölünmə təhlükəsi qarşısında qalan bir dövləti yenidən qurdu
22.10.2019
196 nizamsız miqrant tutuldu
22.10.2019
Tramp Türkiyəni sanksiyalarla hədələyib
22.10.2019
ABŞ-ın energetika naziri dekabrın 1-i istefaya gedəcək
22.10.2019
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi Misirdə qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info