Əfqanıstan müharibəsi veteranlarına xatirə medalı təqdim edilib
Tarix: 19.02.2014 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


Fevralın 19-da Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü münasibətilə “Azərbaycan Əfqanıstan veteranları Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdırlar!” devizi altında təntənəli mərasim keçirilib. Tədbir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və “Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Mərasimdə dövlət və hökumət nümayəndələri, güc strukturlarının nümayəndələri, veteranlar və xarici qonaqlar iştirak ediblər. Tədbirin əvvəlində bir qrup veterana “Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirə yubiley medalı”nın təqdim edilməsi mərasimi keçirilib. Medalları Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov və MDB hökumət başçıları Şurası yanında Beynəlmiləl döyüşçülərin işi üzrə Komitənin sədri Ruslan Auşev təqdim ediblər. Tədbirdə Əfqanıstan müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bildirilib ki, 1979-cu il dekabrın 25-dən 1989-cu il fevralın 15-dək Sovet İttifaqının 40-cı ordusu Əfqanıstan ərazisində olduğu 10 il müddətində 400-dən çox irimiqyaslı hərbi əməliyyatlar keçirib. Ən böyük əməliyyatlardan biri olan “Maqistral” əməliyyatı 1987-1988-ci illərdə kənd təsərrüfatı məhsullarını maneəsiz daşımağa mane olan qruplaşmaları dəf etmək üçün keçirilib. Əfqanıstan müharibəsində Azərbaycandan 208 nəfər həlak olub, 6 nəfər itkin düşüb, 400-dən çox insan əlil olub.
Qeyd olunub ki, Azərbaycanın Əfqanıstan veteranlarının 4500 nəfəri Vətənimizə, torpağımıza olan sevgisini bir daha nümayiş etdirərək, təcrübəli keçmiş döyüşçü kimi, Azərbaycanın Milli Ordusunun yaranmasında xüsusi fəallıq göstərib ilk xüsusi təyinatlı batalyonu təşkil edərək, Qarabağda torpaqlarımızın erməni işğalçılarından azad olunması üçün fədakarcasına döyüşüb. Onlardan 76 nəfəri şəhid, 45 nəfəri əlil olub, 6 nəfəri isə itkin düşüb. Əfqanıstan döyüşçülərindən Qarabağın erməni işğalçılarından azad olunması uğrunda gedən qızğın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə 7 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, 37 nəfər Azərbaycan Bayrağı Ordeni, bir çoxları isə döyüş medalları ilə təltif olunub. Keçmiş Əfqanıstan döyüşçüləri bu gün də Azərbaycan Silahlı Qüvvələrində ləyaqətlə xidmət edirlər.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Çilidə etiraz aksiyaları zamanı 1400-dən çox insan saxlanılıb
21.10.2019
Əli Kərimli qanunsuz aksiya zamanı döyülməsi barədə yalan danışıb
21.10.2019
Moldovada keçirilən yerli seçkilərdə sosialistlər qalib gəlib
20.10.2019
Daşkənddə “18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü” adlı bağlı tədbir keçirilib
20.10.2019
Bakıda bir qrup qadın zorakılığına qarşı aksiya keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info