Azay Quliyev Qarabağ mövzusunda layihə rəhbərlərilə görüşüb
Tarix: 19.02.2014 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev 2014-cü il maliyyə yardımı müsabiqəsi çərçivəsində Qarabağ mövzusu üzrə maliyyələşdirilmiş layihələrin rəhbərləri ilə görüşüb. Şuradan daxil olan məlumata görə, 15 layihə rəhbəri və Şura katibliyinin əlaqədar əməkdaşlarının iştirak etdiyi görüşü açan A.Quliyev ölkə xaricində icra ediləcək bu layihələrin əhəmiyyətini vurğulayaraq deyib ki, görüşdə məqsəd layihələr və təşkilatlar arasında koordinasiya imkanlarını genişləndirmək və bununla effektivliyin artırılmasına yardım etməkdir.
Şura sədri qeyd edib ki, bu layihələr Türkiyə ilə bərabər Avropa ölkələrində də reallaşdırılmalı və ehtiyac olarsa, bunun üçün təşkilatlara əlavə dəstək təmin edilməlidir. A.Quliyev layihələrin icrası ilə bağlı hər bir QHT rəhbərinin fikirlərini bildirməsində və ümumi müzakirələr nəticəsində daha optimal təbliğat variantların tapılmasında böyük fayda olduğunu bildirib.
Qeyd edək ki, layihələr çərçivəsində Türkiyə, Almaniya, Belçika, Çexiya, İsveç, Norveç, Ukrayna, Polşa və digər ölkə universitetlərində Qarabağ və Azərbaycan guşələrinin yaradılması, konfransların keçirilməsi, mövzu üzrə yerli dillərdə və ingilis dilində hazırlanmış buklet, broşur və kitabların paylanması, qısametrajlı filmlərin nümayişi və sair tədbirlər nəzərdə tutulur.
Maliyyələşmiş layihələrin rəhbərləri çıxış edərək xarici ölkələrdə Azərbaycanın təbliği, Qarabağ münaqişəsi haqda obyektiv həqiqətlərin yayılması və Xocalı soyqırımının tanıdılması ilə bağlı fikirlərini bölüşüblər. Qərara alınıb ki, sosial şəbəkələrdə bu təşkilatların qrupu yaradılsın və Tənzilə Rüstəmxanlının koordinatorluğu təşkilatlar üçün yardım olaraq dəyərləndirilsin.

İlkin




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Prezident daha bir Xalq artistinə ev verdi
18.10.2019
Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini sarsılmaz və əbədi etdi
18.10.2019
Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilir
18.10.2019
Azərbaycan əhalisinin gəlirləri 7 faizə yaxın artıb
18.10.2019
Gələn il Azərbaycanda pensiyaların orta aylıq məbləği 293 manat olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info