Son 2 ildə Bakı məzunlarının ali məktəbə qəbul olunma göstəriciləri artıb
Tarix: 19.02.2014 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


“Son 2 ildə Bakı şəhəri üzrə qəbul imtahanlarında iştirak edən məzunların qəbul olunma göstəricilərini müqayisə etdikdə artma müşahidə olunur. Belə ki, 2012-ci ildə iştirak edən məzunların 51,75%-i tələbə adını qazanıbsa, 2013-cü ilə imtahanda iştirak edən məzunların 55,91%-i ali məktəbə qəbul olub”. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Bakı şəhərində 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunan müşavirədə çıxışı zamanı deyib. O bildirib ki, ötən il abituriyentlərin qəbul imtahanlarında topladığı orta bal 2012-ci illə müqayisədə artıb. 2012-ci ildə Bakı məzunlarının qəbul imtahanlarında topladığı orta balın 238 911 olduğunu deyən TQDK sədri qeyd edib ki, 2013-cü ildə 244 737-ə bərabər olub: “Ötən ilin bu nəticəsi respublika üzrə orta göstəricidən 8,4%-dən yuxarıdır. Bakı şəhəri imtahan fənləri üzrə yüksək nəticə göstərmiş təhsil şöbələri arasında 10-cu yerdə dayanır. Paytaxt abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 244.737-yə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 8.4% yuxarıdır. Şəhərin Azərbaycan bölməsi abituriyentlərinin biologiya fənni üzrə göstəricisi respublikanın orta göstəricisindən aşağıdır və bu fərq 3.10% təşkil edir. Ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, tarix, coğrafiya və ingilis dili fənləri üzrə göstəricilər respublika üzrə orta göstəricilərdən yuxarıdır. Bakının rus bölməsinin abituriyentlərinin göstəriciləri biologiya və coğrafiya fənləri üzrə respublikanın orta göstəricilərindən aşağıdır. Fərq - biologiyadan - 2.64%, coğrafiyadan - 1.63% təşkil edir. Şəhərin ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, tarix, ingilis dili fənləri üzrə göstəriciləri respublika üzrə orta göstəricilərdən yuxarıdır. Ədəbiyyat, riyaziyyat, kimya, biologiya, tarix və ingilis dili fənləri üzrə göstəriciləri isə respublika üzrə ən yüksək göstəriciyə bərabərdir”. M.Abbaszadə əlavə edib ki, ümumilikdə 2013-cü ildə Bakı şəhərinin ümumtəhsil müəssisələrini 20041 şagird bitirib, onların 19456 nəfəri buraxılış imtahanında iştirak edib. ümumilikdə 19952 nəfər attestat alıb. Attestat alanların 84.24%-i (16807 nəfəri) qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən, şəhərin 9396 məzunu (imtahanda iştirak edənlərin 55.91%-i) tələbə adını qazanıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info