Xocalı soyqırımını tanıtım aksiyası davam edir
Tarix: 19.02.2014 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


Azərbaycan Amerika Alyansının təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə hər il ABŞ-da keçirilən Xocalı soyqırımını tanıtım aksiyası davam edir. Artıq bir neçə gündür ki, Nyu-Yorkun məşhur Tayms meydanının tam mərkəzində quraşdırılan monitorlarda Xocalı soyqırımından xəbər verən, statistik göstəriciləri əks etdirən qrafik görüntü nümayiş olunur. Tayms meydanı Nyu-Yorkun Manhetten rayonunda yerləşən, "dünyanın yolayrıcı" adlandırılan və gün ərzində təxminən 108 min insanın axın etdiyi bir məkandır. Ötən ildən fərqli olaraq, bu il Tayms meydanında bir deyil, iki böyük monitor iki dəqiqədən bir 30 saniyə davam edən görüntünü sərgiləyir. Ümumilikdə, 6 saat ərzində iki mərkəzi monitor insanları 22 il öncə Azərbaycanda, Xocalıda baş vermiş dəhşətlərdən xəbərdar edir. Azərbaycan Amerika Alyansının keçirdiyi kampaniya Nyu-Yorkun metrostansiyalarında posterlərin quraşdırılması və mobil proyeksiya üsulu ilə binalar üzərində görüntülərin işıqlandırılması ilə davam edəcək.
Aksiyanın gedişatı ilə www.azerbaijanamericaallliance.org saytından, www.facebook.com/pages/Azerbaijan-America-Alliance səhifəsindən tanış olmaq mümkündür.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Məhrumiyyətlərdən çəkinməyən, hər bir təhdidə və təhlükəyə gedə bilən Heydər Əliyev bölünmə təhlükəsi qarşısında qalan bir dövləti yenidən qurdu
22.10.2019
196 nizamsız miqrant tutuldu
22.10.2019
Tramp Türkiyəni sanksiyalarla hədələyib
22.10.2019
ABŞ-ın energetika naziri dekabrın 1-i istefaya gedəcək
22.10.2019
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi Misirdə qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info