“İt qızımın başını yedi!“
Tarix: 19.02.2014 | Saat: 21:27:00 | E-mail | Çapa göndər


"Kömək edin! Yetişin! İt qızımın başını yedi!" Şeron Conun bu fəryadını eşidən qonşular dərhal onun evinə qaçmışdılar. Şeron hönkürür, qışqırırdı.
O, evdəki itin vəhşiləşdiyini, 6 günlük qızını yediyini deyirdi.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay Britaniyanın Qərbi Uels əyalətindəki Pontiberem şəhərinin Kermentenşir səmtində yaşanıb.
42 yaşlı Şeron Conun dediyinə görə, 6 gün əvvəl dünyaya gətirdiyi qızı Eliza Mey Marta Mulleyni it gəmirmişdi.
"Nişa" adlı it isə Alyaska malamutu cinsindən olan köpəkdi.
Həmin iti Şeronun əri Patrik Mulleyn 5 ay əvvəl almışdı.
Alyaska malamutu güclü, qüvvəli, xizəyə qoşulmaq üçün yetişdirilmiş köpək cinsidir.
3 yaşlı Patrik Mulleynin dediyinə görə, "Nişa"nın əvvəlki sahibi onu sığınacağa vermək istədiyi üçün köpəyi alıb və evə gətiribmiş.
Nişanı polis aparıb.
Balaca Eliza isə anadan olandan sonrakı üç günü hospitalın intensiv terapiya bölməsində keçirmiş, üç gün əvvəl evə gətirilmişdi.
Şeronun digər iki övladı - 5 yaşlı Harli və 3 yaşlı Lili-Rous ağır psixoloji şokda olduqları üçün həkim nəzarətindədirlər.
Ailənin qonşusu, 71 yaşlı Patrisiya Panter deyib: "Dəhşətli anlar idi. Həyatım boyu belə fəryad eşitməmişdim. Şeron hönkürür, qışqırır, "Qızımın başını it yedi!" bağırırdı".
Britaniya Kral Kinologiya Cəmiyyətinin "mehriban, sadiq dost" kimi səciyyələndirdiyi Alyaska malamutu cinsindən olan köpəklərin erkəklərinin çəkisi 39 kq, dişilərinin çəkisi isə 34 kq-a qədər çatır.
Haskiyə bənzəyən bu cinsdən olan Nişanın niyə belə etdiyini, 6 günlük Elizanı parçalamasının səbəblərini baytar həkimlər araşdıracaqlar.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Ağsuda 32 yaşlı iki uşaq anası özünü fermada asıb
19.10.2019
Türkiyədə baş verən yol qəzasında rus mühəndislər həlak olub
19.10.2019
Dövlət sərhədini pozan şəxslər saxlanılıb
19.10.2019
Tanzaniyada 40-a yaxın məktəblini ildırım vurub
18.10.2019
Masazırda evdən pul və qızıl oğurlayan şəxs saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info