“Xocalı erməni siyasətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımın ən qorxunc rəmzinə çevrildi”
Tarix: 19.02.2014 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Facebook” sosial şəbəkəsindəki səhifəsində Xocalıya həsr edilmiş yeni statusla çıxış edib.
Akademik R.Mehdiyev qeyd edib ki, Ermənistan Prezidenti Serj Sərkisyan və ətrafındakıların Xocalıda insanlığa qarşı törətdiyi cinayətlər az təsadüf edilən faktlar olmayıb. R.Mehdiyev yazıb ki, Xocalı soyqırımınadək Azərbaycan kəndləri - Xocalı rayonunun Kərkicahan, Əsgəran rayonunun Meşəli, Xocavənd rayonunun Qaradağlı, Qazax rayonunun Bağanıs Ayrım kəndləri xüsusi amansızlıqla Yer üzündən silinib. R.Mehdiyev qeyd edib ki, məhz Xocalı faciəsi Ermənistan xalqının və erməni kilsəsinin öndə gedən siyasətçilərinin təxminən 200 il ərzində Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti və soyqırımın ən qorxunc rəmzinə çevrildi. PA rəhbəri bildirib ki, məhz Xocalıda Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş soyqırım Ermənistan Prezidenti Serj Sərkisyan tərəfindən dünya ictimaiyyətinə soyuqqanlılıqla hazırlanmış və törədilmiş "cəza aktı" kimi təqdim edilib, çünki 1992-ci ildə Xocalıya hücum 1988-ci ilin fevralında faktiki olaraq Ermənistanın təhlükəsizlik xidməti orqanlarının diasporla birgə planlaşdırdığı və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin səssiz razılığı ilə baş vermiş Sumqayıt hadisələrinin ildönümündə həyata keçirilmişdi.
PA rəhbəri daha sonra yazır ki, çox təəssüf ki, bəzən parlamentlər, hökumətlər və bəzi beynəlxalq təşkilatlar soyqırım aktı olan Xocalı faciəsinə göz yumur: “Erməni təbliğatının təsir dairəsinə düşərək, yaxud siyasi konyunkturanın xoşuna gəlsin deyə, onlar "erməni talanları" haqqında əfsanəni müzakirə mövzusuna çevirirlər və hətta bu məsələ ilə bağlı qeyri-obyektiv və ədalətsiz qətnamələr qəbul edirlər. SSRİ Prokurorluğunun "isti izlərlə" həyata keçirdiyi araşdırmalar zamanı Sumqayıt hadisələrinin təşkilatçılarının, yəni 26-nın erməni və altısının azərbaycanlı olduğu 32 nəfərin ölümündə günahkarların ermənilərin özlərinin olması barədə təkzibedilməz dəlillər toplanıb. İstintaq materiallarında Sumqayıtda törədilmiş cinayətlərin əsas təşkilatçısı kimi erməni əsilli Eduard Qriqoryan və onun erməni emissarları olan iki qardaşının adı hallanır. SSRİ Prokurorluğunun topladığı materiallara əsasən, məhz Eduard Qriqoryan və qardaşı Ernest Qriqoryan müxtəlif kriminal elementlərdən ibarət qruplaşmaları "Qarabağ" separatçı komitəsinə və "Krunk" erməni icmasına haqq verməkdən imtina etmiş ermənilərin ünvanlarına göndərirdilər".
R.Mehdiyev həmçinin bildirib ki, buna baxmayaraq, təzə izlərlə toplanmış təkzibedilməz sübutlar qarşısında erməni tərəfi faktları təhrif edərək, sənədləri qəsdən təhrif edərək və başqa çirkli metodlara əl ataraq bu günə kimi öz yalanını həqiqət kimi qələmə verməyə çalışır.Bütün günahı Bakının üzərinə ataraq, Sumqayıt hadisələri ilə bağlı faktları saxtalaşdırmaqda davam edir: “Alman filosofu Karl Yaspers 1949-cu ildə özünün "Tarixin mənası və əhəmiyyəti" əsərində belə bir fikri ifadə edib: "Keçmişin dəhşətlərinin unudulmasına yol vermək olmaz. Daim keçmişi xatırlamaq lazımdır. O olub, mümkün mümkün oldu və bu imkan qalır. Yalnız bilik onun qarşısını almağa qadirdir. Təhlükə burada bilmək istəməməkdə, unutmaq cəhdində, bütün bunların həqiqətən baş verdiyinə inanmamaqdadır. Elə tarixi hadisələr var ki, onlar haqqında nə qədər yazılsa da, hər dəfə həmin faktın özündə insan təcavüzünün saysız-hesabsız əzab və ağrıları, müəyyən qruplaşmaların siyasi maraqlarının Srebrenitsada, Xocalıda olduğu kimi faciə doğurması daha çox kədər və təəssüf hissi oyadır”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Müxalifətçilərin “qəhrəman”a çevirdiyi qadın videomüraciətində onları ifşa etdi
14.10.2019
Kənd turizminin inkişafı kəndli üçün yeni gəlir mənbəyidir
11.10.2019
Paşinyan “pripiska”nı bərpa edir: “Ermənistanda dövlət qurumları iflic vəziyyətindədir”
09.10.2019
Paşinyanın sərsəm bəyanatının qurbanı: xarici işlər naziri işdən qovulur
07.10.2019
Bir amalın iki qəhrəmanı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info