Martino: “Barselona“ hələ 1/4 finala adlamayıb“
Tarix: 19.02.2014 | Saat: 21:56:00 | E-mail | Çapa göndər


"Barselona" klubunun baş məşqçisi Xerardo Martino dünən "Mançester Siti" ilə baş tutan oyun haqda fikirlərini bölüşüb.
Argentinalı mütəxəssis komandasının 1/4 finala adlayacağına əmin olmadığını bildirib: "Onu deyə bilərəm ki, 90 dəqiqə ərzində yaxşı oynadıq və layiqli qələbə qazandıq. Cavab matçında meydana ən azı bu hesabı qorumaq üçün çıxacağıq. Komandamın 1/4 finala adlayacağına əmin deyiləm. Çünki bizi qarşıda daha bir 90 dəqiqə gözləyir. Əgər cavab matçında ilk görüşdəki kimi oynasaq, o zaman istəyimizə nail olarıq". Qeyd edək ki, bu komandalar arasında cavab oyunu martın 12-də "Nou Kamp"da keçiriləcək. "Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini isə oyunun baş hakimi Erikssonun verdiyi qərarlara narazılığını bildirib. O deyib ki, yanlış qərarlar oyunda yekun nəticəyə təsir edib: "Matç ərzində tərəfsiz olan bir hakim yox idi. Busqets Navasa qarşı qaydanı pozmuşdu və hakim bu epizoddan 3 metr uzaqda olsa belə, heç nə etmədi. Demiçelisin qaydanı pozduğu epizodda isə penalti yox idi". Pelleqrini bu cür hakim xətalarının olduğu qarşılaşmada "Barselona" kimi bir komandanı məğlub etməyin çox çətin olduğunu bildirib. Növbəti mərhələyə çıxma şanslarını da dəyərləndirən çilili baş məşqçi deyib: "Əlimizdən gələni edəcəyik. Səfərdə oynayacağıq. Evimizdə məğlub olduqdan sonra "Bavariya"ya ikinci qarşılaşmada qalib gələ bilmişdik. İkinci qol işlərimizi çətinləşdirsə də, ümidimizi itirməmişik".




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
“Qalatasaray“ “Real“a, “Yuventus“ “Lokomotiv“ qarşı
22.10.2019
20-ci saniyədə qırmızı vərəqə aldı
22.10.2019
“Real“da həmişəlik qalmaq istəyirəm“
21.10.2019
Azərbaycan triatlonçusu Avropa kuboku finalında qızıl medal qazanıb
21.10.2019
Azərbaycan Premyer Liqasının səkkizinci turuna yekun vurulub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info