“Hakimin tənqid olunması normaldır“
Tarix: 19.02.2014 | Saat: 21:57:00 | E-mail | Çapa göndər


"Barselona" klubunun hücumçusu Lionel Messi dünən "Mançster Siti" ilə baş tutan oyun haqda fikirlərini bölüşüb. İspaniya mətbuatına danışan argentinalı futbolçu cütün taleyinə hələ aydınlıq gəlmədiyini bildirib: "Səfərdə çox yaxşı oyun nümayiş etdirdik.
İki qolla qalib gəlməyimizə baxmayaraq cütün taleyinə hələ aydınlıq gəlmədiyini düşünürəm. Cavab qarşılaşmasında rəqibin futbolçusu Serxio Aquero da komandasına kömək edə biləcək. Penalti epizoduna gəlincə hakimin tənqid olunması normaldır. Danışmağa hər zaman nəsə olur. Ancaq penalti epizodu ilə bağlı Martin Demikelislə söhbətim olmayıb". Qeyd edək ki, Martin Demikelis matçın 53-cü dəqiqəsində Messiyə qarşı kobud oyuna görə qırmızı vərəqə ilə meydandan qovulmuşdu. Qeyd edək ki, “Mançester Siti”ni məğlub edən “Barselona” daha bir hadisə ilə yadda qalıb. Kataloniya klubu bu turnirin ən çox penalti qazanan komandası olub. Belə ki, rəqib qapısına ilk qolu məhz penaltidən vuran Xerardo Martinonun yetirmələri ÇL-də 36-cı dəfə 11 metrlik cərimə zərbəsini yerinə yetiriblər. Bununla da, kataloniyalılar bu turnirdə 35 dəfə penalti qazanan əzəli rəqibləri "Real"ı geridə qoyublar.




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Prezident Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevlə görüşüb
11.10.2019
Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
09.10.2019
Azərbaycan Prezidenti: Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, yoxsullar olmamalıdır
03.10.2019
İlham Əliyev: “Bizim üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur”
01.10.2019
Prezident: “Mənə də güc verən vətəndaşların dəstəyidir”- YENİLƏNİB

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info