Soçidə dörd Olimpiya rekordu müəyyənləşdirilib
Tarix: 19.02.2014 | Saat: 21:58:00 | E-mail | Çapa göndər


Almaniya, Norveç və Niderland XXII Soçi Qış Olimpiya Oyunlarının medal sıralamasında ilk üçlükdə qərarlaşıblar
Soçidə ötən yarış günlərində dörd Olimpiya rekordu müəyyənləşdirilib. Olimpiya Oyunlarında rekordlar idmanın konkisürmə növündə və şort-trekdə qeydə alınıb. Məsələ bundadır ki, qış idman növlərində digər yarışlar müxtəlif traslarda keçirilir və belə şəraitdə rekordu müəyyənləşdirmək mümkün deyil.
Soçi Qış Olimpiya Oyunlarında ilk rekord hollandiyalı konkisürən Sven Kramerə aiddir. O, beş min metr məsafəni inanılmaz nəticə ilə - altı dəqiqə 10,76 saniyəyə başa vurub. Bu göstərici S.Kramerin Vankuverdə keçirilmiş Olimpiya Oyunlarında əldə etdiyi nəticədən dörd saniyə yaxşıdır. Cənubi Koreyadan olan konkisürən San-Hva Li beş yüz metr məsafəyə qaçışda 37,28 saniyə nəticə göstərərək rekord qazanıb. 2002-ci ildən qorunub saxlanan və kanadalı Katriona Lemey-Doana məxsus əvvəlki nəticə 37,30 saniyə idi.
Daha bir rekordu 1500 metr məsafəyə qaçışda Niderlandın qadın təmsilçisi Yorin Ter Mors (bir dəqiqə 53,51 saniyə) müəyyənləşdirib.
Hazırda Soçidə şort-trekdə müəyyənləşdirilmiş yeganə rekord kanadalı Valeri Malteyə aiddir. İdmançı qadın 1000 metr məsafəni bir dəqiqə 28,771 saniyəyə qət edib. Qeyd edək ki, kişilər arasında xizək yürüşü üzrə 10 kilometr məsafəyə ikinövçülük yarışlarında qalib müəyyənləşib.
Norveç təmsilçisi Yorgen Qraabak bütün rəqiblərini qabaqlayaraq Soçi Qış Olimpiya Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Gümüş medala digər norveçli Maqnus Moan, bürünc mükafata isə almaniyalı Fabian Rissle sahib olublar. Kişilər arasında biatlon üzrə 15 kilometr məsafəyə mass-trass yürüşündə Norveç idmançısı Emil Heqle Svendes 42 dəqiqə 29,1 saniyə göstərici ilə qızıl medala sahib olub.
Fransa idmançısı Marten Furkad gümüş, çexiyalı Ondrjey Moraveç bürünc medal qazanıblar. Şort-trekdə 3000 metr məsafəyə estafet yarışında Koreya Respublikasının millisi qızıl medal qazanıb. “Aysberq” Qış İdman Sarayında təşkil olunmuş yarışda Kanada yığması ikinci, İtaliya kollektivi isə üçüncü pillədə qərarlaşıblar. Dünən Olimpiya Oyunlarında kişilər arasında dağ xizək yürüşünün böyük slalom növündə yarışlar keçirilib. Yarışda Azərbaycan idmançısı Patrik Braxner 59-cu nömrə altında mübarizəyə qoşulub və məsafəni 1 dəqiqə 31,32 saniyəyə qət edib. Xizəkçimiz 109 idmançı arasında 52-ci pillədə qərarlaşıb. Almaniya millisi XXII Soçi Qış Olimpiya Oyunlarının medal sıralamasında birinci pillədəki mövqeyini davam etdirir. 88 ölkədən 2 min 800-dən artıq idmançının qatıldığı Olimpiya Oyunlarında Almaniya millisinin hesabında 8 qızıl, 3 gümüş və 4 bürünc medal var. Norveç yığması 18 medalla (7-4-7) ikinci, Niderland millisi isə 20 medalla (6-6-8) üçüncü pillədə qərarlaşıblar.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
“Qalatasaray“ “Real“a, “Yuventus“ “Lokomotiv“ qarşı
22.10.2019
20-ci saniyədə qırmızı vərəqə aldı
22.10.2019
“Real“da həmişəlik qalmaq istəyirəm“
21.10.2019
Azərbaycan triatlonçusu Avropa kuboku finalında qızıl medal qazanıb
21.10.2019
Azərbaycan Premyer Liqasının səkkizinci turuna yekun vurulub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info