TUMİB şairin imza gününü keçirdi
Tarix: 19.02.2014 | Saat: 22:00:00 | E-mail | Çapa göndər


Bu gün Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) təqdimatında şair Xanəmir Telmanoğlunun imza günü mərasimini keçirilib. Tədbir AkademKitab” kitab mağazasında gerçəkləşib. Tədbiri təşkil edən İctimai Birliyin başqanı Çingiz Bayramov çıxışı açaraq, şairin keçdiyi həyat yoluna qısa şəkildə işıq saldı.
Xatırladaq ki, imza günü mərasimi şairin yeni çapdan çıxmış “Derlər” şeirlər kitabı səbəb oldu.
Arada danışan müəllif kitabla bağlı ədəbi mülahizələrini də söyləməkdən geri qalmadı. Bu kitabıyla oxucularına güzəştə getdiyini və yaradıcılığının bəlli bir mərhələsini bu kitabın təşkil elədiyini də qeyd etdi.
Imza günündə şairin qələm dostları iştrak edirdilər.
Çıxış edənlərdən şair Əlisəmid Kür şairinin yaradıcılığının ilk illərindən özünəməxsus yolu olduğunu vurğuladı.
Şair Etimat Başkeçid xanəmirin yaradıcılığının elitar kəsimə məxsusluğunu və ədəbiyyatşünaslar trəəfindən gerçək qiymətini almadığına toxundu.
Gənc yazar Şahlar Ruhi şairin əsərləri haqqında danışa bilənlər heç vaxt yazmağa risq eləmədiklərini onunla əlaqələndirdi ki, xanəmirin yazılarına sadəcə olaraq girişə bilmirlər.
Yazıçı Azər Abdulla Xanəmirin kimsəyə bənzəmədiyini, onun yazılarında bəlli bir məfkurənin olduğunu söylədi.
Ədəbiyyatşünas Dürdanə Tahirli həmişə şairi oxuduğunu, heç də deyilənlər qədər qəliz olmadığını dilə gətirdi.
Şair Dəmirçioğlu isə, şairin yaradıcılıq baxımdan onu özünə qohum saydığını, yaradıcılığınnda bir çox bədii-estetik anlayışları sintez elədiyinə diqqət çəkdi.
Sonda birliyin başqanı tədbirə gələnlərə təşəkkürünü bildirdi.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır-Professor Yusif Babanlı
18.10.2019
Prezident Rövşən Rzayevi qəbul edib
18.10.2019
Türkiyə-İran sərhədində atışma olub
18.10.2019
YAP-da Dövlət Müstəqillik Gününə həsr olunan yaradıcılıq sərgisi keçirilib
18.10.2019
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Qars şəhərində qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info