Moskvada Azərbaycan rəssamının sərgisi açılıb
Tarix: 19.02.2014 | Saat: 22:08:00 | E-mail | Çapa göndər


Moskvadakı Rusiya Dövlət Kitabxanasında (RDK) Rusiya Federasiyasının Əməkdar rəssamı, Beynəlxalq Rəssamlar Federasiyasının və Rusiya Kinematoqrafçılar İttifaqının üzvü Əsgər Məmmədovun “Məhəbbətin sirri” adlı fərdi sərgisi açılıb.
RDK-nın baş direktorunun müavini Lyudmila Tixonova sərginin açılışında çıxış edərək bildirib ki, Azərbaycan rəssamının sərgisi həm də Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafı istiqamətində daha bir addımdır: “Əsgər Məmmədov tükənməz yaradıcılığı ilə iki xalq arasında dostluq əlaqələrini möhkəmləndirir və mədəniyyətlərimizin qarşılıqlı surətdə zənginləşməsinə öz töhfəsini verir”.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təmsilçisi, “Baku” jurnalının baş redaktorunun müavini Tamilla Əhmədova qeyd edib ki, Əsgər Məmmədovun əsərləri iki dəfə - birinci dəfə 1992-ci ildə Qarabağ müharibəsi zamanı, ikinci dəfə isə Moskva ətrafındakı İzmaylovoda qalereya binalarının yanması nəticəsində məhv olub. Lakin rəssam özündə qüvvə taparaq yaradıcılığını davam etdirmiş və bu gün onun 70-dən çox əsəri sərgidə nümayiş olunur.
Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev bildirib ki, Əsgər Məmmədov taleyin bütün keşməkeşlərinə baxmayaraq, gələcəyə inamını itirməyib: “Əsgər Məmmədov əslən Qarabağdandır. Rəssam öz dərin fəlsəfi əsərləri ilə bir daha bizə deyir ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və indi düşmən tapdağı altında olsa da, əsl sahiblərini qaytaracaq. Biz şübhə etmirik ki, Əsgər Məmmədov doğma diyarı Qarabağda hələ çox əsərlər yaradacaq”. Sərgidə rəssamın Azərbaycan və Rusiya təbiətini vəsf edən 70-dən çox əsəri, o cümlədən peyzaj, natürmord, portret, qrafika janrında əsərləri nümayiş etdirilir. Sərgidə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın portreti, “Müqəddəs torpaq”, “Yanmış zaman” və digər əsərlər xüsusi maraq doğurub.
Qeyd edək ki, Əsgər Məmmədov doğulduğu Qarabağ torpağında yaradıcılığa başlayıb və orada qalereya yaradıb. 1992-ci ildə erməni bombardmanı zamanı qalereya yanıb və rəssamın əsərləri məhv olub. Daha sonralar rəssam yaradıcılığını Moskvada davam etdirib və Moskva ətrafındakı İzmaylovo şəhərində əsərlərini sərgiləyib. Lakin tale rəssama ikinci dəfə zərbə vurub. 2005-ci ildə qalereya binasının yanması nəticəsində Əsgər Məmmədovun 150-dən çox əsəri məhv olub.
Günəş




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Beynəlxalq Muğam Mərkəzində Sara Qədimovanın xatirə gecəsi keçirilib
21.10.2019
“30 yaşlı söz- Tural Turan 30“
21.10.2019
Musiqili Teatr Təbriz səfərinə hazırlaşır
20.10.2019
Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert keçirilib
20.10.2019
Vyetnamın məşhur caz qrupu Bakı Caz Festivalında çıxış edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info