Tütün qaçaqmalçılığı azalıb
Tarix: 19.02.2014 | Saat: 22:11:00 | E-mail | Çapa göndər


Azərbaycana tütün məhsullarının qaçaqmalçılıq yolu ilə gətirilməsində azalma tendensiyası müşahidə olunur.
Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük hüquqpozmaları ilə mübarizə Baş İdarəsinin rəisi Güloğlan Muradlı iri tütün istehsalçısı olan "Japan Tobacco International"-ın (JTI) DGK-nın əməkdaşları üçün Bakıda təşkil etdiyi tematik seminarda çıxışı zamanı bildirib. G.Muradlı deyib: "2013-cü ildə ölkədə tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə gətirilməsinə 105 cəhd qeydə alınıb ki, bu da 2012-ci ilin göstəricisindən bir qədər aşağıdır. Altı hal üzrə cinayət işi, digərləri üzrə inzibati iş açılıb. Müsadirə olunmuş mal ekspertizaya göndərilib və məhv edilib". Onun sözlərinə görə, gömrük orqanları və tütün məmulatları istehsalçılarının qaçaqmalçılıqla mübarizədə ümumi maraqları var: "Siqaret narkotik və silahdan sonra üçüncü populyar qaçaqmal məhsuludur. Misal üçün, Avropa ölkələrində təxminən səkkiz ABŞ dollarına satılan və MDB ölkələrində 60-70 sentə alınan siqaret cinayətkarlara astronomik qazanc gətirir. Tütün məmulatlarının qaçaqmalçılığı ölkə iqtisadiyyatına, vətəndaşların sağlamlığına, eləcə də yerli istehsalçıların fəaliyyətinə ciddi ziyan vurur. Onu da qeyd etmək lazımdır ki, qaçaqmalçılıqdan gələn mənfəətin bir hissəsi digər cinayətkar fəaliyyət növlərinə yönəldilir". G.Muradlı bildirib ki, Dövlət Gömrük Komitəsi bundan sonra da ölkəyə keyfiyyətsiz və qadağan olunmuş məhsulların gətirilməsinə qarşı mübarizə aparacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
196 nizamsız miqrant tutuldu
22.10.2019
Tramp Türkiyəni sanksiyalarla hədələyib
22.10.2019
ABŞ-ın energetika naziri dekabrın 1-i istefaya gedəcək
22.10.2019
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi Misirdə qeyd edilib
22.10.2019
Prezident Baş Nazirin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib (YENİLƏNİB)

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info