Tiqran Arutyunyan: “Ermənistana Kalininqrad modeli təklif edilir”
Tarix: 19.02.2014 | Saat: 22:27:00 | E-mail | Çapa göndər


“Lragir”: “Gömrük İttifaqına üzvlük rəsmiləşəndən
sonra Ermənistan Kalininqrad vilayəti statusunda olacaq”


“Ermənistanda Kalininqrad tipli iqtisadi zona yaradılması məsələsi nəzərdən keçirilir”. Bu fikirlər Ermənistanın iqtisadiyyat nazirinin müavini Tiqran Arutyunyana məxsusdur. Dövlət rəsmisinin bu açıqlaması Ermənistan mətbuatının qızğın müzakirə predmetinə çevrilib.
İndi erməni KİV-ləri aydınlaşdırmağa çalışır ki, Kalininqrad vilayəti modeli Ermənistanın hansısa vilayətində tətbiq ediləcək, yoxsa bütün ölkədə? “Lragir” yazır ki, Kalininqrad modeli yeni informasiya deyil. Gömrük İttifaqına üzvlük rəsmiləşəndən sonra Ermənistan Kalininqrad vilayəti statusunda olacaq: “Prezident Sərkisyan Praqada səfərdə olarkən bildirdi ki, Ermənistan yeganə ölkədir ki, Avropa İttifaqı ilə xüsusi münasibətlərə sahib olmaqla bərabər, Gömrük İttifaqına üzv olmağa hazırlaşır. O, iki fərqli sistem arasında körpü rolunu oynayan Ermənistana sərmayə yatırılması üçün avropalı investorlara çağırış edib. Belə görünür ki, Sərkisyan Ermənistanı offşor ölkəyə çevirməyə hazırlaşır. İqtisadiyyat nazirinin son açıqlamasından sonra bu planın cizgiləri gün işığına çıxıb. Deməli, Rusiya Ermənistan üçün xüsusi plan hazırlayıb. Daha konkret olsaq, Moskva Ermənistana “xüsusi iqtisadi zonaya” çevrilməyi təklif edib. Ancaq bu halda ümumi sərhədlər olmadığı halda Gömrük İttifaqına üzv olmağı əsaslandırmaq olar.

“Ermənistan sürətli şəkildə müstəqilliyini, suveren şəkildə iqtisadi siyasət həyat keçirmək hüququnu itirərək, sadəcə Gömrük İttifaqının maraqlarının ötürücüsünə çevrilir”

Avrasiya İqtisadi Komissiyasının sədri Viktor Xristenko bir müddət əvvəl bildirmişdi ki, Ermənistanın Gömrük İttifaqına üzv olan ölkələrlə sərhədlərinin olmaması heç bir problem yaratmır. Xristenko qeyd etmişdi ki, heç Kalininqrad vilayətinin də Rusiya ilə ümumi sərhədləri yoxdur. Bəs, Ermənistanın müstəqilliyi necə olacaq? Bundan sonra Sergey Kurqinyan bildirmişdi ki, Ermənistanın müstəqilliyi heç kimə lazım deyil. Gömrük İttifaqı daxilində “xüsusi iqtisadi zonaya” çevrilmək suverenliklə vidalaşmaq deməkdir. Ermənistan sürətli şəkildə müstəqilliyini, suveren şəkildə iqtisadi siyasət həyat keçirmək hüququnu itirərək, sadəcə Gömrük İttifaqının maraqlarının ötürücüsünə çevrilir. İran, Türkiyə, Gürcüstan kimi ölkələrlə gömrük münasibətləri bu prinsiplər əsasında qurulacaq. İqtisadiyyat nazirinin digər müavini Qareqin Melkonyan sonradan açıqlayıb ki, Gömrük İttifaqına üzvlük Ermənistanın qonşuları ilə gömrük münasibətlərinə heç bir təsir göstərməyəcək. Bu artıq vəziyyəti düzəltmək üçün edilən açıqlamadır. Əslində Ermənistanın qonşuları ilə ciddi problemləri yaranacaq.
Ermənistan offşor çəlləyinə çevriləcək, böyük maliyyə dövr edəcək, qazancı Gömrük İttifaqının əsas üzvləri götürəcək, Ermənistan vətəndaşları isə işləmək üçün Rusiyaya getmək hüququ qazanacaq”. “Lragir” daha sonra qeyd edir ki, Gömrük İttifaqına üzvlük rəsmiləşəndən sonra Ermənistanın yerinə birlik qərar verəcək: “Bu gün Ermənistan müstəqil olduğu üçün bazarı xarici investorlar üçün açıqdır. Doğrudur, bu bazara sərmayə yatıran yoxdur, hər halda bazar açıqdır. Amma may ayından sonra bu bazar xarici investorların üzünə bağlanacaq. Ermənistanın İqtisadiyyat Nazirliyi bildirir ki, Türkiyənin Gömrük İttifaqı ilə güzəştli ticarəti var. Üzvlük rəsmiləşəndən sonra bu güzəşt Ermənistana da şamil ediləcək. Faktik olaraq bu, bizim ziyanımızadır. Amma etiraz etməyimizin mənası varmı? Biz Gömrük İttifqına üzv oluruq, Gürcüstan isə Avropa İttifaqı ilə saziş imzalayır. Bundan sonra bizim Gürcüstanla gömrük münasibətlərimiz necə tənzimlənəcək? Sərkisyan ölkəni iqtisadi maraqlarımıza uyğun olmayan birliyə doğru aparır. Gömrük İttifaqına üzv olduqdan sonra Ermənistan faktiki olaraq izolyasiyaya düşəcək. Ən əsası qonşularımızla müstəqil münasibət qurmaq hüququmuzu itirəcəyik”.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
14.12.2019
Vergi Məcəlləsinə edilən dəyişikliklərdən kim qazanacaq?
14.12.2019
ABŞ senatorları biəməlidirlər ki, ermənilər Xocalıda bəşəri cinayət törədiblər
14.12.2019
ABŞ-ın Kosmik Qüvvələri hücum xarakteri daşıyacaq
13.12.2019
“Biz onlara muxtar kürd dövləti qurmaları üçün yardım sözü vermədik“
13.12.2019
Borisov: Heç bir ölkə Türkiyəni əvəz edə bilməz

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info