Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr biznes-forum keçirdilər
Tarix: 19.02.2014 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin biznes-forumu keçirilib. Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən rəsmi şəxslərlə yanaşı, 100-dən artıq iş adamı iştirak edib. Biznes-forumda Azərbaycan kənd təsərrüfatı və qida sənayesi, tikinti, tekstil, inşaat materialları, əczaçılıq, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 26 şirkətlə təmsil olunub. Tədbiri giriş sözü ilə açan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı biznes-forumun Şuraya üzv ölkələrin iş adamları arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti, görülən işlər, türkdilli ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin dərinləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Sonra Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan nümayəndələr Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə dair müxtəlif məruzələrlə çıxış ediblər. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndəsi Zaur İbrahimov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edib. Zaur İbrahimov ölkəmizin qazandığı iqtisadi uğurlar, iştirakçısı olduğu irimiqyaslı regional layihələr, Azərbaycanda yerli və xarici iş adamları üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, AZPROMO-nun fəaliyyəti barədə geniş məlumat verib. Forum ikitərəfli görüşlərlə davam edib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22.10.2019
“Azeri Light”ın bir barreli 62,76 dollara satılır
22.10.2019
İsveçrə şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirir
22.10.2019
Azərbaycana yeni zubrlar gətiriləcək
22.10.2019
Azərbaycandakı sabitliyin qiyməti yoxdur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info