Ədliyyə orqanlarında gənclərin sayı artıb
Tarix: 19.02.2014 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


Ölkə daxilində verilmiş qrantların məbləği xaricdən alınan qrantlardan təxminən iki dəfə çox olub

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə geniş müşavirə keçirilib. Müşavirədə ədliyyə orqanları tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Qeyd edilib ki, müasir İKT-lər və elektron xidmətlər geniş tətbiq olunmaqla vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinin baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülüb, o cümlədən nazirliyin rəhbərliyi tərəfindən 9 bölgədən 850-ə qədər vətəndaş qəbul edilərək onların müraciətləri diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə, digərləri isə təxirəsalınmadan araşdırılaraq həll olunub. 2013-cü ildə notariat orqanlarında rəsmiləşdirilən notariat hərəkətlərinin sayı 3,5 milyonu ötüb, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə artım müşahidə olunub, doğumun sayı 174 minə, nikahın sayı isə 87 minə çatıb. Xüsusi notariat institutunun tətbiqinin genişləndirilməsi üzrə tədbirlər davam etdirilib və artıq ölkədə fəaliyyət göstərən notariat korpusunun yarıdan çoxunu xüsusi notariuslar təşkil edir. Bu sahədə islahatlar həmçinin gənclərin məşğulluğuna öz müsbət təsirini göstərmiş, yüzlərlə gənc mütəxəssis notariat orqanlarında işlə təmin olunublar. Eyni zamanda, "ASAN xidmət" mərkəzlərində müxtəlif mühüm xidmətlər göstərən ədliyyə orqanlarının fəaliyyəti daha da təkmilləşdirilib, o cümlədən ədliyyə işçiləri etik kurslara, vətəndaşları qarşılama, dinləmə və izah etmə bacarıqlarını inkişaf etdirən treyninqlərə cəlb olunublar. Vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan qeyri-hökumət təşkilatlarının sayının artması ötən ildə də davam edib, 135 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb, 138 mətbu nəşr uçota götürülüb. Hazırda ölkədə qeyri-kommersiya təşkilatlarının sayı 3.900-ü ötüb, KİV-lərin sayı isə 4.900-ə çatıb. Həmçinin, 67,2 milyon manat məbləği əhatə edən 1800-dən çox qrant müqaviləsi qeydiyyata alınıb. Respublikamızda vətəndaş cəmiyyətinin inkişafına verilən diqqətin nəticəsidir ki, ölkəmizin daxilində verilmiş qrantların məbləği xaricdən alınan qrantlardan təxminən iki dəfə çox olub. Eyni zamanda, QHT-lərə dövlət dəstəyinin artırılması üzrə görülən işlər davam olunaraq ölkə başçısının "Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanına uyğun olaraq "Fərdi elektron pəncərə" elektron məlumat sisteminin yaradılması ilə bağlı zəruri işlər görülmüş və yaxın zamanlarda onun istifadəyə verilməsi planlaşdırılır. 2013-cü ildə Xaçmaz və İmişli regional ədliyyə şöbələri üçün yeni binalar inşa olunaraq istifadəyə verilib, Sabunçu Məhkəmə Kompleksinin və Quba rayon məhkəməsinin yeni binasının təməli qoyulub, İmişli və Qəbələ rayon məhkəmələri üçün yeni binaların inşasına başlanılıb. Müşavirədə vurğulanıb ki, hazırda ədliyyə orqanlarında işçilərin təxminən hər ikisindən biri, o cümlədən qulluğa qəbul edənlərin tam əksəriyyəti gənclərdir. İclasda mövcud nöqsanlar və problemlər müzakirə olunaraq bəzi əməkdaşlar tərəfindən vəzifə borclarına və vətəndaşların qayğılarına laqeyd münasibət bəslənilməsi, əmək və icra intizamının pozulması halları qeyd edilib, müşavirənin yekunları üzrə qanun pozuntuları və kobud nöqsanlara yol verdiklərinə görə bir sıra işçilər ciddi intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 6 nəfər tutduğu vəzifədən azad olunub və ya ədliyyə orqanlarından xaric edilib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 335 min manat ayrılıb
18.10.2019
Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır-Professor Yusif Babanlı
18.10.2019
Türkiyə-İran sərhədində atışma olub
18.10.2019
YAP-da Dövlət Müstəqillik Gününə həsr olunan yaradıcılıq sərgisi keçirilib
18.10.2019
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Qars şəhərində qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info