Ruslan Auşev “Dostluq” ordeni ilə təltif edilib
Tarix: 19.02.2014 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev Rusiya Federasiyası İnquşetiya Respublikasının keçmiş Prezidenti Ruslan Auşevi qəbul edib.
İnquşetiyanın keçmiş Prezidenti Ruslan Auşevin ölkəmizin və xalqımızın böyük dostu olduğunu vurğulayan dövlət başçısı onun regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində fəal iştirak etdiyini, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Şimali Qafqaz respublikaları arasında ənənəvi dostluq münasibətlərinin inkişaf etdirilməsində böyük rol oynadığını yüksək dəyərləndirib. Prezident İlham Əliyev Azərbaycan Respublikası və Rusiya Federasiyası xalqları arasında əlaqələrin möhkəmləndirilməsi, regionda sülhün və əmin-amanlığın bərqərar olması sahəsində xidmətlərinə görə Ruslan Auşevin Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunduğunu deyib və ordeni ona təqdim edib. Rusiya Federasiyası İnquşetiya Respublikasının keçmiş Prezidenti Ruslan Auşev ona Bakıda Prezident İlham Əliyev tərəfindən Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninin təqdim olunmasından böyük qürur hissi keçirdiyini deyib. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad edib. Ruslan Auşev ötən dövr ərzində Azərbaycanda gedən sürətli inkişaf proseslərinin də onda dərin təəssürat yaratdığını deyib. Qeyd edək ki, Prezident İnquşetiya Respublikasının keçmiş Prezidenti Ruslan Auşevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Məhrumiyyətlərdən çəkinməyən, hər bir təhdidə və təhlükəyə gedə bilən Heydər Əliyev bölünmə təhlükəsi qarşısında qalan bir dövləti yenidən qurdu
22.10.2019
196 nizamsız miqrant tutuldu
22.10.2019
Tramp Türkiyəni sanksiyalarla hədələyib
22.10.2019
ABŞ-ın energetika naziri dekabrın 1-i istefaya gedəcək
22.10.2019
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi Misirdə qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info