“Facebook” şirkəti “WhatsApp”ı satın alır
Tarix: 20.02.2014 | Saat: 14:27:00 | E-mail | Çapa göndər


Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook” “WhatsApp” mobil messencerini 19 milyard dollara satın alır. Ödəniş səhm və nağd pulla həyata keçiriləcək. Qeyd edək ki, son ildə “Facebook”, “Yahoo” və “Apple” kimi İT nəhəngləri aktiv şəkildə İT startapları satın alıblar, lakin “WhatsApp”ın satın alınması üzrə saziş əvvəlki satınalmaları kölgədə qoyub. Bütün məşhur platformalar üçün mobil messencer yaratmış və 55 işçidən ibarət şirkətin auditoriyası hazırda təxminən 450 milyon istifadəçi təşkil edir. “WhatsApp”ın göstəricisi faktiki olaraq “Twitter” sosial şəbəkəsinin istifadəçilərinin auditoriyasından (təxminən 240 milyon) çoxdur.
“Facebook” və “WhatsApp” arasındakı razılaşmaya əsasən, 16 milyard dollar pulla, 3 milyard isə “Facebook”un səhmləri ilə ödəniləcək. Bildirək ki, “WhatsApp”ın satın alınması “Facebook”un tarixində ən böyük sazişdir, həmçinin vençur startapın satın alınması üzrə ən böyük sazişdir.
Qeyd edək ki, sözügedən saziş öz miqyasına görə “Viber” messenceri (900 mln dollar), həmçinin “Instagram” (1 mlrd dollar) və “Skype”ın (8.5 mlrd dollar) satın alınmasını kölgədə qoyub.
“WhatsApp” özəl şirkət olduğundan onun maliyyə göstəriciləri dərc edilmir. “WhatsApp”ın gəlirinin yeganə mənbəyi illik 99 sent ödənişdir. “WhatsApp” reklam yerləşdirmir. Bundan başqa, “Facebook”un direktoru Mark Zukerberq, həmçinin bu yaxınlarda deyib ki, reklam mobil messencerləri pula çevirmək üçün lazım olan metod deyil. Qeyd edək ki, son iki ildə mobil messencerlər müəyyən mənada sosial şəbəkələrin rəqibinə çevriliblər, çünki çoxlu sayda istifadəçi dostları ilə sosial şəbəkələr vasitəsilə deyil, messencerlər vasitəsilə ünsiyyət saxlamağa üstünlük verir.
“WhatsApp” 2009-cu ildə ukraynalı Yan Koum və amerikalı Brayen Ekton tərəfindən hazırlanıb. Hazırda messencer gündə təxminən 50 milyard mesaj emal edir, lakin şirkətin ştatında yalnız 32 mühəndis işləyir, ştatda marketoloq və ya PR əməkdaşları yoxdur. “WhatsApp”ın əsas ideyası ondan ibarətdir ki, ani mesajlar ödənişsiz olmalıdır. Sözsüz ki, bu, mobil operatorlara güclü zərbədir. Bundan başqa, “WhatsApp” hazırda bütün mobil platformalarda işləyir.
Razılaşmanın şərtlərinə görə, “WhatsApp” Mauntin-Vyuda (Kaliforniya) öz ştatını saxlayacaq və müstəqil mövcudluğuna davam edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Dünyanın ən yoxsul insanları haralardadır?
17.10.2019
Tullantıların çeşidlənməsi zamanı 19-cu əsrə aid nadir kitab tapılıb
16.10.2019
Assosda 2300 yaşlı balıqqabılar və qarmaqlar tapıldı
16.10.2019
Polisi döyən deputat 792 manat cərimələndi
16.10.2019
Sahibini izləyən robot-çamadan

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info