Səsdən sürətli “S-512” təyyarəsində yenilik
Tarix: 20.02.2014 | Saat: 14:34:00 | E-mail | Çapa göndər


Səsdən sürətli təyyarələrin hazırlanmasında ixtisaslaşan “Spike Aerospace” şirkəti təyyarə salonunda ənənəvi illüminatorlardan imtina edərək onları salonun divarları üzrə yüksəkkeyfiyyətli nazik displeylərlə əvəz etməyi planlaşdırır. Təyyarənin xarici hissəsində göyərtədən kənarda baş verənləri çəkəcək kameralar quraşdırılacaq. Şirkət nümayəndələri bildiriblər ki, təyyarənin füzelyajında ənənəvi illüminatorları ləğv etməklə təyyarənin xarici görünüşünü köklü şəkildə dəyişmək və onun aerodinamikasını yaxşılaşdırmaq mümkün olacaq. Səsdən sürətli ilk “S-512” təyyarə modelinin 2018-ci ildə ilk uçuşu həyata keçirəcəyi gözlənilir. Şirkətin məlumatında deyilir ki, illüminatorlar əlavə struktur dəstəyi tələb edir və onlar təyyarəni ağırlaşdırır, lakin bütün bu problemlərin qarşısını miniatür kameralar vasitəsilə almaq mümkün olacaq. Şirkət təyyarənin xarici perimetrini kameralarla əhatə etməyi, daxili hissədə isə kameralardan təsviri ötürəcək ekranlar yerləşdirməyi nəzərdə tutur. Sərnişinlər monitorları işə sala və söndürə, işıqlığını dəyişə və müxtəlif kameralara keçə biləcəklər. Eyni zamanda şirkət bəyan edib ki, belə yanaşma nəticəsində sərnişinlər uçuşdan qeyri-adi həzz alacaqlar. “Salonda simulyasiya edilmiş təbii atmosfer olacaq”, - “Spike Aerospace” nümayəndələri vurğulayıb. Həmçinin qeyd olunur ki, şirkət pilotların kabinəsi, eləcə də uçuş zamanı kameraların sıradan çıxması ilə bağlı yekdil fikrə hələ ki gələ bilməyib. Açıqlanan layihəyə əsasən, dəyəri 80 milyon dollar təşkil edəcək “S-512” təyyarəsi 18 sərnişin üçün nəzərdə tutulacaq. Təyyarə Atlantik okeanın üzərindən uçmaqla Londondan Nyu-Yorka olan məsafəni 3 saata qət edə biləcək. Məlumat üçün bildirək ki, hazırda təyyarələr bu məsafəni yeddi saata qət edir. “S-512”-nin kreyser sürəti 1,6 səs sürəti, maksimal sürəti 1,8 səs sürəti təşkil edəcək. Müqayisə üçün bildirək ki, "Boeing 777-300” təyyarəsinin kreyser sürəti 0,8 səs sürətinə bərabərdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Dünyanın ən yoxsul insanları haralardadır?
17.10.2019
Tullantıların çeşidlənməsi zamanı 19-cu əsrə aid nadir kitab tapılıb
16.10.2019
Assosda 2300 yaşlı balıqqabılar və qarmaqlar tapıldı
16.10.2019
Polisi döyən deputat 792 manat cərimələndi
16.10.2019
Sahibini izləyən robot-çamadan

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info