“Google” ilk dəfə təhsil sahəsinə investisiya yatırıb
Tarix: 20.02.2014 | Saat: 14:37:00 | E-mail | Çapa göndər


“Google Capital” təhsil sahəsi üçün proqram təminatı hazırlayan “Renaissance Learning” şirkətinə 40 milyon məbləğində sərmayə yatırıb. “Cnews.ru” saytının məlumatına görə, “Google Capital” fondu Britaniyanın “Permira” investisiya fonduna məxsus “Renaissance Learning” şirkətinə 40 milyon dollar sərmayə yatırması artıq təsdiqini tapıb. Yeni investisiya yatırılmasını nəzərə alaraq “Renaissance Learning”in bazar qiyməti 1 milyard dollar təşkil edib. “Renaissance Learning” şirkətinin əsası 1984-cü ildə qoyulub və hazırda şirkətin təxminən 900 əməkdaşı var. Qərargahı ABŞ-ın Viskonsin ştatında yerləşir. Şirkət məktəblər üçün müəllimlərə tədris prosesində kömək edən proqram təminatı və “bulud” xidmətləri hazırlayır. Şirkətin portfelində oxumağa, riyaziyyatı və xarici dilləri öyrənməyə kömək edən tətbiqlər daxildir.“Renaissance Learning” şirkətinin öz məlumatlarına əsasən, hazırda ABŞ və dünyanın 60-dan çox dövlətinin məktəb və təhsil müəssisələrinin 33 faizində onun məhsul və xidmətlərindən istifadə edirlər.
Şirkət nümayəndələrinə istinadən “The New York Times” nəşri yazıb ki, 2013-cü ildə şirkətin gəliri 20% artıb.
Xatırladaq ki, bu, “Google Capital” fondunun təhsil sahəsinə birinci investisiyasıdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 335 min manat ayrılıb
18.10.2019
Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır-Professor Yusif Babanlı
18.10.2019
Türkiyə-İran sərhədində atışma olub
18.10.2019
YAP-da Dövlət Müstəqillik Gününə həsr olunan yaradıcılıq sərgisi keçirilib
18.10.2019
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Qars şəhərində qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info