ABŞ Hərbi Hava Qüvvələri “iPhone”dən istifadə edəcək
Tarix: 20.02.2014 | Saat: 14:39:00 | E-mail | Çapa göndər


ABŞ Hərbi Hava Qüvvələri (HHQ) “BlackBerry” smartfonlarından imtina edərək “iOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil qurğulardan – “iPhone” smartfon modellərindən istifadə etməyə başlayacaq. Bu barədə “Defense News” nəşri məlumat verib. Məlumata görə, ABŞ HHQ-nin şəxsi heyətinin istifadəsində olan bütün “BlackBerry” aparatları yeni qurğularla əvəz edilməlidir. Proqramın ilkin mərhələsində “iOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən beş min qurğunun verilməsi planlaşdırılır. HHQ təmsilçiləri bildiriblər ki, proqramın məqsədi xərclərin artırılmasına imkan verməmək və şəbəkə resurslarına qənaət etməkdir. Hazırda istifadədə olan “BlackBerry” aparatları köhnəlmiş “BlackBerry OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Proqrama başlamazdan əvvəl “iOS” sistemli qurğular 2011-ci ilin oktyabrından Hərbi-Kosmik İdarədə, Aviasiya Daşımaları Komandanlığı və Aviasiya Döyüş Komandanlığında sınaqdan keçirilib. HHQ-nin tələbi ilə smartfon və planşetlərin proqram və aparat təminatına düzəlişlərin edilməsi barədə məlumat verilmir.
Bundan əvvəl məlum olub ki, ABŞ ordusu 7 min “Samsung Galaxy Note II” smartfonu alıb. Bu smartfonlarda vəzifəsi döyüş əməliyyatlarında naviqasiyanı təmin etməkdən ibarət olan "Nett Warrior” sistemi quraşdırılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Məhrumiyyətlərdən çəkinməyən, hər bir təhdidə və təhlükəyə gedə bilən Heydər Əliyev bölünmə təhlükəsi qarşısında qalan bir dövləti yenidən qurdu
22.10.2019
196 nizamsız miqrant tutuldu
22.10.2019
Tramp Türkiyəni sanksiyalarla hədələyib
22.10.2019
ABŞ-ın energetika naziri dekabrın 1-i istefaya gedəcək
22.10.2019
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi Misirdə qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info