“Eko ev” layihəsi çərçivəsində ekoloji cəhətdən təmiz evlərin eskizləri hazırlanacaq
Tarix: 26.02.2014 | Saat: 15:55:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi tərəfindən “Eko ev” adlı layihənin təqdimat mərasimi keçirilib.
İctimai birlikdən bildiriblər ki, 300-dək tələbənin iştirak etdiyi mərasimdə layihə haqqında ətraflı məlumat verilib.
“Day.az” xəbər portalının dəstəyi ilə həyata keçirilən layihə tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Layihənin onlar üçün faydalı olacağı diqqətə çatdırılıb.
Bildirilib ki, bundan əvvəl Azərbaycan Memarlıq və İnşaat Universitetində bu cür təqdimat keçirilib. Layihə ilə bağlı digər universitetlərdə də təqdimatlar planlaşdırılır.
Qeyd edilib ki, layihə çərçivəsində enerji istehlakını azaldan, tullantıları utilizasiya edən, ekoloji cəhətdən təmiz evlərin eskizləri hazırlanacaq. Müsabiqədə 18-30 yaşlı şəxslər iştirak edə bilərlər. Bunun üçün martın 10-dək idea.day.az saytında qeydiyyatdan keçərək “eko ev” mövzusunda hazırlanmış eskizi (“jpg” formatında) qısa izahı ilə birgə yükləmək lazımdır. Martın 10-dan aprelin 10-dək facebook sosial şəbəkəsində səsvermə yolu ilə 10 ən yaxşı eskiz seçiləcək. Ən çox səs toplamış 10 eskiz müsabiqənin münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Seçilən ilk üç eskizin müəllifləri müvafiq olaraq 3000, 2000 və 1000 manat məbləğində mükafatlandırılacaqlar. Bundan əlavə, birinci yerin sahibi xarici ölkədə, ikinci yerin sahibi isə Azərbaycanda fəaliyyət göstərən böyük tikinti şirkətlərindən birində təcrübə keçmək imkanı əldə edəcək.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Universiadada ən yüksək nəticə göstərən idmançılar mükafatlandırılıb
20.07.2019
Artıq sarı zolaqlar qüvvədə - Bu yollarda diqqətli olun!
20.07.2019
Gürcüstan hökuməti Azərbaycan şirkətləri ilə əməkdaşlığa hazırlaşır
19.07.2019
Şəki və Oğuzda tikmə sənətinə maraq göstərən xanımlara ustad dərsləri verilib
19.07.2019
Jurnalistlər üçün Apifioterapiya mərkəzində pulsuz müayinə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info