Vitali Tretyakov: “Elə bilirsiniz ki, Amerikadakı diaspor Ermənistanı xilas edəcək?”
Tarix: 26.02.2014 | Saat: 21:49:00 | E-mail | Çapa göndər


“Ermənistanın nə Gürcüstan kimi dənizə çıxışı, nə də Azərbaycan kimi zəngin neft ehtiyatları var”

“Birinci İnformasiya”ya müsahibə verən məşhur rusiyalı politoloq, jurnalist, İrəvanda yaradılan “Qriboedov” klubunun üzvü Vitali Tretyakov Ukrayna və Ermənistanla bağlı son prosesləri dəyərləndirib.
Ekspert bildirib ki, hazırda Ukrayna xaos vəziyyətindədir. O, qeyd edib ki, böyük güc mərkəzlərindən olan Çin bu oyunda iştirak etmir: “Rusiya özü-özünü bu oyundan kənar edib. Rusiya prezidenti hələ ki, proseslərlə bağlı açıqlama verməyib. Ola bilsin ki, gizli iş gedir. Hazırkı məqamda Ukraynada iki prosesin baş verəcəyini proqnozlaşdırmaq olar. Ya Ukraynada millətçilərin diktaturası qurulacaq, ya da ölkə dağılacaq. İndiki halda Ukrayna demək olar ki, suverenliyini itirib. İstisna deyil ki, yaxın günlərdə Rusiya prezidenti bütün Rusiyanın və Ukraynanın şərq əyalətlərinin səbirsizliklə gözlədiyi bəyanatı verəcək. Bir çox ekspertlər Rusiyanın Ukrayna ilə bağlı mövqeyini fərqli şəkildə təhlil edirlər. Həmin ekspertlər bilsin ki, Rusiya Ukraynada məğlub olmayıb. Rusiya Ukraynada baş verənlərə ABŞ və Avropa İttifaqı qədər müdaxilə etməyib. Doğrudur, Ukrayna Rusiya üçün vacib dövlətdir. Amma Rusiya elə Ukraynasız da Rusiyadır. Bir məsələni də unutmaq və susmaq olmaz ki, Ukrayna əhalisinin yarısını ruslar təşkil edir. Rəsmi statistikada belə, rusların sayı 8 milyon nəfər göstərilib. Novorusiya, Tavriya kimi rus torpaqları da indiki Ukraynaya daxildir. Ukraynada rus faktoru çox böyükdür və bundan istifadə edilməlidir”. Ekspert qeyd edib ki, Rusiyanın Ukraynasız zəifləyəcəyini iddia edənlər ABŞ, Polşa və İsveç kimi ölkələrdən olan ekspertlərdir və onların fikirləri obyektivlikdən çox uzaqdır. Ekspert Ermənistanın Gömrük İttifaqına üzv olması ilə bağlı məsələni də dəyərləndirib: “Mən həmişə demişəm ki, Gömrük İttifaqı daxilində müəyyən ziddiyyətlərin olmasına baxmayaraq inteqrasiya prosesi bir müddət sonra sürətlənəcək. Bu sürətlənmə dövrü Avropa İttifaqının dağılmağa başlayacağı 2017-2020-ci illərdə daha da sürətlənəcək. Çoxları deyir ki, Ermənistanın Gömrük İttifaqına üzv olan ölkələrlə heç bir ümumi sərhədləri yoxdur. Bəli sərhədlərimiz yoxdur. Amma ermənilər nə istəyir - İran və Türkiyədən asılı vəziyyətdə qalmaq istəyir? Dağlıq Qarabağı birdəfəlik itirmək istəyirsiniz? Elə bilirsiniz Amerika Ermənistandan Gürcüstan kimi Rusiyaya qarşı güc mərkəzi kimi istifadə edəcək? Elə bilirsiniz ki, Amerikadakı erməni diasporu sizi xilas edəcək? Ermənistanın nə Gürcüstan kimi dənizə çıxışı, nə də Azərbaycan kimi zəngin neft ehtiyatları var. İndi özünüz seçiminizi edin”. Politoloq qeyd edib ki, Qafqazda başqa güclərin olması regionun maraqlarına uyğun deyil: “Geostrateji baxımdan heç bir “Şərq tərəfdaşlığı”ndan söhbət gedə bilməz. Qafqazda tarix ərzində formalaşmış balans var və bu balansı qorumaq lazımdır. Regionun stabilliyi və təhlükəsizliyinin nəzarəti Rusiyanın əlindədir. “Şərq tərəfdaşlığı”nı Ermənistan və ya Gürcüstanın vəziyyətinin yaxşı olması üçün yaratmayıblar. Burada əsas məqsəd həmin dövlətləri Rusiyadan qoparmaqdır. Rusiya nəyə görə bu tərəfdaşlıqla hesablaşmalıdır? Ermənilər gələcək taleləri ilə bağlı özləri qərar versinlər”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.09.2018
“Sabah.com.tr”:“İşğalçılar sərhədlərimizi açmamızı gözləməsinlər”
14.09.2018
“ArmenianReport”: “Ermənistan əks-inqilab təhlükəsi ilə üz-üzədir”
11.09.2018
“Dinin tələb etmədiyi bəzi ifrat hərəkətlər uşaqlarda psixoloji zədələr yaradır”
07.09.2018
«ArmenianReport»: «Rusiya bizim daxili işlərimizə qarışmamalıdır»
01.09.2018
Azərbaycan və Rusiya arasında 15 sənəd imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info