Sabirabadda gənclər üçün təlimlər keçirilib
Tarix: 03.03.2014 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam həyat, Sağlam gələcək” layihəsi çərçivəsində 200 nəfər gəncin iştirakı ilə Sabirabad rayon Gənclər Mərkəzində təlim keçirilib. Təlimdə ekspert qismində rayon Polis Şöbəsinin əməkdaşı, Sabirabad rayon Mərkəzi Xəstəxanasının narkoloji həkimi, şəhər E. Nadirov adına 8 saylı məktəbin psixoloqu iştirak ediblər. Mərkəzi xəstəxananın narkoloji həkimi gənclərə zərərli vərdişlərin, narkotiklərin insan sağlamlığına vurduğu ziyanlar və yaratdığı asılılıq barədə danışıb. Polis əməkdaşı narkotik maddələrin istifadəsinin yaratdığı cinayət məsuliyyəti, narkotik istifadəçilərinin törətdikləri cinayətlər, gənclərin belə hallarla qarşılaşdığı zaman kimə və necə məlumat verməli olduqları barədə danışıb. Həmçinin qeydiyyatda olan gənc narkomanların statistikası barədə gənclərə məlumat verilib. Daha sonra çıxış edən psixoloq-müəllim gənclərin qarət və narkotik maddələrə meyllərinin səbəbləri, yaranan psixi sarsıntılar barədə gənclərə məlumat verildi. Təlimdə iştirak edən gənclərə xüsusi hazırlanmış qeyd dəftəri və qələm, üzərində sağlam həyat tərzinin təbliğ edən məlumatlar əks olunmuş bukletlər paylanılıb. Təlimlər bir neçə gün davam edib.
Maraq üçün bildirək ki, Gənclər Fondu tərəfindən təsdiqlənmiş İcra Planına əsasən əvvəllər də- 10 fevral tarixindən başlayaraq Sabirabad şəhər 3, 5 və 8 saylı məktəblərində gənclərə bukletlər paylanılıb, layihə barədə ümumi məlumat verilib və mart ayında reallaşacaq digər kütləvi təlimdə iştirak üçün dəvət edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
07.04.2020
“Biganə qalma”yan könüllü gənclər ailələrə yardım üçün səfərbər oldular
07.04.2020
FHN xəstə vətəndaşa köməklik göstərib - VİDEO
07.04.2020
Azərbaycanda əfv sərəncamının icrası başa çatıb
07.04.2020
Akif Çovdarov və Sübahir Qurbanov azadlığa buraxılıb
07.04.2020
İşsiz şəxslərdən kimlərə birdəfəlik ödəmə veriləcəyi açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info