Azərbaycan “İTB Berlin - 2014” Beynəlxalq turizm sərgisində
Tarix: 06.03.2014 | Saat: 11:51:00 | E-mail | Çapa göndər
Almaniyanın paytaxtında “İTB Berlin – 2014” Beynəlxalq turizm sərgisi açılıb.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, martın 9-dək davam edəcək sərgidə Azərbaycan geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur. Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə nazirliyin məsul əməkdaşları, həmçinin “SW travel”, “Millenium Tourism and Congress”, “The tour”, “İmprotex travel”, “Gilan tourism”, “ENC Tours”, “AL travel”, “Geo travel”, “Regea travel”, “Victory tour”, “Xəzər travel”, “Atropatena travel”, “Eurotourism”, “Proxy travel”, “Billur tur”, “Turizm.az” turizm şirkətləri və “Jumeirah Bilgah Beach hotel”, “Rixos Quba” mehmanxanalarının təmsilçiləri və Azərbaycan Dövlət Rəqs Ansamblının 6 nəfərdən ibarət rəqs qrupu daxildir.
Sərgidə 104 kvadratmetr sahədə respublikamızın turizm imkanlarını əks etdirən lövhə quraşdırılmış, stendimiz ingilis və alman dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub. Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin turizm şirkətləri 2004-cü ildən başlayaraq “İTB Berlin” Beynəlxalq turizm sərgisində iştirak edirlər. Ötən il bu sərgidə ümumilikdə dünyanın 10100-ə yaxın şirkəti təmsil olunmuşdu.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.05.2018
Mirəli Seyidovun Türkiyədə nəşr olunmuş kitabı MEK-ə daxil olub
25.05.2018
İrəvan teatrının kollektivi İbrahimbəyovun xəyanətkar mövqeyini pisləyib
25.05.2018
Elşad Qocanın növbəti kitabı çap olunub
25.05.2018
“Sən niyə erməni qəddarlığını, riyakarlığını nə vəchlə olursa-olsun azərbaycanlılara peyvənd etmək istəyirsən?”
25.05.2018
“Kimdir müqəssir?!” Gənc Tamaşaçılar Teatrında

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9309

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
3 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
4 Səadət Qarayeva: “PBİF Azərbaycanın biznes potensialı üçün mühüm meydançalardan biridir”
5 Monteneqrodakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info