Azərbaycanda lk dəfə fransız xoreoqraflarının yaradıcılığı təqdim ediləcək
Tarix: 11.03.2014 | Saat: 12:02:00 | E-mail | Çapa göndər
İlk dəfə olaraq Azərbaycanda fransız xoreoqrafları Enni Viqye və Frank Apertet (birlikdə “les gens d’Uterpan” kollektivi) öz yaradıcılıqlarını təqdim edəcəklər.
Bakı proqramı çərçivəsində sənətkarlar martın 23-də “YAY!” Qalereyasında, martın 24-də Muzey Mərkəzində performanslarını nümayiş etdirəcəklər. Martın 25-də isə Beynəlxalq Muğam Mərkəzində sənətkarlarla görüş keçiriləcək.
Nümayişlər Azərbaycanda Fransız İnstitutunun dəstəyi və bilavasitə iştirakı ilə “YARAT!” Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunacaq. Tədbirlə bağlı Avropa Mədəniyyət Fondunun dəstəyi də xüsusi qeyd olunmalıdır.
“YARAT!” Müasir İncəsənət Məkanından bildiriblər ki, Parisdə yaşayıb fəaliyyət göstərən fransız xoreoqrafları Enni Viqye və Frank Apertet CAC Bretigny təşkilatı ilə əməkdaşlıq çərçivəsində “X-Event” adlı silsilə performansları yaradıb populyarlaşdırıblar. Onların yaradıcılığı söhbət canlı tamaşadan getdiyi halda tamaşaçını rəqs və plastika sənəti arasında sərhədin haradan keçməsi üzərində düşünməyə vadar edir.
Enni Viqye və Frank Apertet ənənəvi xoreoqrafiyanın çərçivələrini aşaraq ifaçı, quruluşçu və tamaşaçı arasındakı rolların yeni tərzdə interpretasiyasını təqdim edirlər. Bu silsilənin hər performansı Viktor Torresin bariton səsinin müşayiəti altında baş tutur. Nikolas Martsın rejissor həlləri səsin rolu və funksional mənasını müəyyən edir.
Daha əvvəl kollektivin layihələri Project Art Center (Dublin, İrlandiya), Tate Modern Qalereyası və Müasir İncəsənət İnstitutu (London, Birləşmiş Krallıq), Kunsthalle (Bazel, İsveçrə), Kali Performans Festivalı (Kolumbiya), Vermello Qalereyası (San Paulo, Braziliya), Müasir İncəsənət Muzeyi (Varşava, Polşa), Museum Joanneum (Avstriya), Berlin Müasir İncəsənət Biennalesi (Almaniya), həmçinin Seul, Nyu-York, Şanxay, Zaqreb, Vilnüs, Lion, Paris və Tokioda nümayiş etdirilib.
Yaradıcı kollektiv haqqında daha geniş məlumatı www.lesgensduterpan.com saytından əldə etmək mümkündür.
Martın 23-də “YAY!” Qalereyasında video-art və X-Event 2.6 “Le gout” performansı təqdim olunacaq.
Rəqqaslar sərbəst şəkildə müəyyən edilmiş müstəvi boyu addımlayırlar. Onlar bir-birilərinə və yaxud seyrçilərə tamamilə neytral, məna kəsb etməyən nəzərlər yetirirlər. Performans boyu ifaçılar heç bir söz söyləməyərək, bir kimsə ilə göz-gözə gəlməyə cəhd etmədən yerdə əyləşir və yaxud uzanırlar. Bu ifa bir neçə saatdan bir neçə sutkayadək davam edə bilər.
Nümayiş təcrübəsini fərqləndirərək hər bir X-Event ifasının zaman çərçivəsi məzmun və rəqqasların canlı qüvvə kimi enerji potensialından asılı olaraq müəyyən edilir.
Martın 23-dən etibarən “YAY!” Qalereyasında daha əvvəl Enni Viqye və Frank Apertet tərəfindən yaradılmış performansların videogörüntüləri nümayiş etdiriləcək.
Martın 24-də Muzey Mərkəzində X-Event 2.3 “Les chutes” (“Yıxılma”) performansı təqdim olunacaq.
Bir qrup rəqqas bir-birini itələyərək iki çarpaz trayektoriyanın müəyyən etdiyi mərkəzi perimetrdən kənara tullayır. Yıxıldıqdan sonra hər rəqqas ayağa qalxaraq başqa rəqqası itələmək və yenidən yıxılmaq üçün perimetrə daxil olur. Bu hərəkət qrupun gücünün tükənməsinə qədər davam etdirilə bilər.
X-Event performanslarında istifadə edilən vahid prinsip əvvəlki vəziyyətə qayıdış taktikasıdır. Bu taktika məzmun və ifaçılar baxımından saxlanma və müstəsna məhdudlaşmaları qabartma vasitəsilə əvvəlki vəziyyətə qaçılmaz şəkildə dönüş şəraiti yaradır. Bu isə fərdlərin azad olması və məkanın aydın şəkildə qavranılmasıdır.
Martın 25-də Beynəlxalq Muğam Mərkəzində sənətkarlarla görüş keçiriləcək.
“Les gens d’Uterpan” yaradıcı kollektivi - Enni Viqye və Frank 17 yaradıcı strategiyalardan nümunə gətirərək reaksiya prosesi, onun əsası və məqsədləri barədə söhbət açacaqlar.
Tamaşaçıların xoreoqrafa sual vermək və bu sənət sahəsi barədə müzakirə aparmaq imkanları olacaq.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.04.2018
Natali Portman İsrailin nüfuzlu mükafatından imtina edib
20.04.2018
Sona Vəliyevanın “Qar ətri” kitabı ingilis dilində işıq üzü görüb
20.04.2018
Mayası gülüş və musiqi ilə yoğurulmuş ömür
20.04.2018
Füzuli Dram Teatrında “Ələddinin sehrli çırağı”
18.04.2018
El şairləri ədəbi proseslərdə yaxından iştirak edirlər

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9054

1 Mətanət Səmədova: “Əslində, peşəkar müəllim olmaq üçün heç də yaşlanmaq əsas deyil”
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 “Ermənistan bu gün geosiyasi və geoiqtisadi baxımdan özünütəcrid vəziyyətindədir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info