Azərbaycanlı gənc beynəlxalq forumda iştirak edəcək
Tarix: 14.03.2014 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini, ICAPP Gənclər Qolunun birinci vitse-prezidenti Ramin Məmmədov 5-11 aprel 2014-cü il tarixində Kolumbiyanın Medellin şəhərində BMT-nin İnsan Məskənləri (məskunlaşdırma) üzrə Mərkəzinin keçirəcəyi Dünya Urbanizasiya Forumunun 7-ci sessiyasında məruzəçi qismində iştirak edəcək. Bu haqda YAP Gənclər Birliyindən məlumat verilib.
Qeyd edək ki, Dünya Urbanizasiya Forumu 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis edilmişdir. Forum insanların məskunlaşdırılması, urbanizasiya prosesinin sürətləndirilməsi və bu proseslərin yerli və milli iqtisadiyyata, iqlim dəyişikliyinə təsiri sahəsindəki problemlərin araşdırılması və analizi ilə məşğuldur. 2002-ci ildə Nairobidə keçirilmiş açılış sessiyasından etibarən Forum öz fəaliyyət istiqamətlərini genişləndirmiş və son dövrədək keçirilmiş sessiyalarda ümumilikdə 10000 şəxs iştirak etmişdir.
Medellin şəhərində keçiriləcək Dünya Urbanizasiya Forumunun 7-ci sessiyasında Ramin Məmmədov “Azərbaycanda idarəetmə prosesində gənclərin rolu” mövzusunda məruzə ilə çıxış edəcək.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Çilidə etiraz aksiyaları zamanı 1400-dən çox insan saxlanılıb
21.10.2019
Əli Kərimli qanunsuz aksiya zamanı döyülməsi barədə yalan danışıb
21.10.2019
Moldovada keçirilən yerli seçkilərdə sosialistlər qalib gəlib
20.10.2019
Daşkənddə “18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü” adlı bağlı tədbir keçirilib
20.10.2019
Bakıda bir qrup qadın zorakılığına qarşı aksiya keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info