Londonda “Many Happy Returns“ adlı kampaniyanın təqdimatı olub
Tarix: 14.03.2014 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


Londonda Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşəbbüsü ilə təşkil olunmuş "Many Happy Returns"(MHR) adlı kampaniyanın təqdimat mərasimi keçirilib.
Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, bu innovativ konsepsiyanın məqsədi Böyük Britaniya Parlamentdəki millət vəkilləri və zadəganların hər birinə ad günü münasibətilə təbrik açıqcalarının göndərilməsidir. Onların hər biri 1 milyon azərbaycanlı məcburi köçkün və qaçqınlardan biri ilə cütləşdirilib. Açıqcanın üzərində "Many Happy Returns" deyə ingilis sayağı təbrik mesajı yazılıb ki, bu eyni zamanda öz doğma ocaqlarına qayıtmaq istəyən insanların da arzularının həyata keçməsi üçün edilən duadır.
Hər bir açıqcanın üzərində kartın ünvanlandığı şəxslə eyni gündə anadan olmuş qaçqın və ya məcburi köçkünün məşhur alman fotoqrafı Filip Ratmer tərəfindən çəkilmiş fotosu və şəxsi mesajı yerləşdirilib.
Təbrik açıqcaları aşağıdakı veb ünvanda yerləşdirilib və bu ideyanı dəstəkləyənlər keçid vasitəsilə qeydiyyatdan keçib Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat əldə edib, qaçqın və məcburi köçkünlərin acı taleyi ilə tanış ola bilərlər: www.manyhappyreturnsIDP.com.
Qeyd edək ki, Avropa Azərbaycan Cəmiyyətinin Avropanın müxtəlif ölkələrində yerləşən nümayəndəlikləri bu konsepsiyanın yayılmasında yaxından iştirak edəcəklər.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Vilayət Eyvazovdan əmr: Yol polisində mühüm dəyişiklik
18.10.2019
Qazaxda “N” saylı hərbi hissədə tədbir keçirilib
18.10.2019
“Vətənin müdafiəsinə hazıram!” devizi altında növbəti tədbir Salyanda keçirilib
18.10.2019
Bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək
18.10.2019
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info