Ürəyi gücləndirən bitkilər
Tarix: 14.03.2014 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


Son zamanlar insanlarda dərmanlara inamsızlıq, fitoterapiyaya isə böyük inam və maraq yaranıb. Bunu nəzərə alaraq yeni yaratdığımız “Fito klub” rubrikasında bitkilərin insanlara şəfası haqda mütəmadi məlumatlar veriləcək. Bu işdə bələdçimiz fitoterapevt Elnur Rəhimov olacaq. İlk olaraq ürəyi gücləndirən bitkilərdən söhbət açacağıq. Əvvəla, bildirək ki, ürək çox güclü əzələli nasosdur. Müəyyən ritmə uyğun yığılan zaman qanı damarlara qovur, nəticədə orqan və toxumalar qida maddələri və oksigenlə təchiz olunur.
E. Rəhimov bildirir ki, ürək üçün ən yaxşı faydalı olan bitkilər bunlardır: “Yemişan meyvəsi, bədrənc otu, damotu , zəncirotu kökü, üçrəng bənövşə yarpağı, itburnu meyvəsi, qara üzümün çəyirdəyi, buğda cücərtisi, qırmızı bibər, xəşəmbül otu, sarımsaq, rozmarin, çörəkotu toxumu, zirinc kökü, meşə çiyələyi yarpağı və s. Hər birinin ürək-damar xəstəliyinin növündən asılı olaraq müalicəsində rolu var. Daha yaxşı olar ki, xəstələnmədən öncə profilaktik istifadə olunsun.
Fitoterapevt bu bitkilərdən ürək üçün istifadə qaydalarını isə aşağıdakı kimi izah edir: “1 xörək qaşığı yemişan yarpaqlarının üzərinə 750 ml qaynar su tökülür, 30 dəqiqə dəmləndikdən sonra süzülür. Gündə 3 dəfə, hər dəfə 1 stəkandan yeməkdən sonra 2-3 həftə müddətində qəbul edilir.
Qulançar bişirməsi ürəkdöyünmə əleyhinə: Qulançarın xırdalanmış köklərindən 1 xörək qaşığı, otundan isə 1-2 çay qaşığı götürülür. Köklərin üzərinə qaynar su tökülür və ocağa qoyularaq 2 dəqiqə qaynadılır. Bişirməyə qulançar otu əlavə olunur və 2 saat müddətində dəmlənir. Gündə 3 dəfə 2 xörək qaşığı yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir. 4 həftə müddətində bu rejimə əməl olunmalıdır”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Mərkəzi Gömrük Hospitalında növbəti unikal əməliyyat icra olunub
17.10.2019
Ədviyyatların müalicəvi xüsusiyyətləri
16.10.2019
Çox və dayanmadan əsnəyirsiz?
15.10.2019
Xərçəng necə yaranır?
12.10.2019
Göz üçün faydalı qidaların siyahısı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info