Azərbaycanlı alim Nobel medalı mükafatına layiq görülüb
Tarix: 14.03.2014 | Saat: 19:14:00 | E-mail | Çapa göndər


Moskvada dünyanın müxtəlif ölkələrindən 200-ə yaxın elm adamının iştirakı ilə dünya alimlərinin əldə etdiyi naliyyətləri qiymətləndirmək üçün Beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbir Avropa elmi və sənayə Konsorsiumu, Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) Reyasət Heyəti, Avropa Təbiət Elmləri Akademiyası, “Publishing House” Təbiət Elmləri Akademiyası və tanınmış beynəlxalq elmi jurnalların redaksiya heyətinin təşkilatçılığı ilə baş tutub. Konfransda Azərbaycan Milli Elmlər Akademiyası Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutunun elmi işlər üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Zakir Əliyev mükafata layiq görülüb. RTEA-nın Beynəlxalq “Fundamental və tətbiqi tədqiqatlar”, eləcə də “Elm və təhsilin müasir problemləri” jurnalında dərc olunmuş məqalələr aktual problemlərə həsr olunan elmi nailiyyətlər kimi qiymətləndirilib, müəllif A.Nobel medalı mükafatına layiq görülüb. “Azərbaycanda dağ əkinçilik şəraitində istifadə olunan impulslu yağışyağdırmanın distansion avtomatlaşdırılmış idarə etmə sistemləri” və “Azərbaycanda becərilən dağlıq ərazi torpaqlarının eroziyadan mühafizəsinin elmi əsasları” sərlövhəli məqalələr sertifikat ilə təltif olunub və “Rusiyanın milli elminin qızıl fondun”a daxil edilib. Eyni zamanda RTEA-nın professoru seçilən və A.Nobel medalı döş nişanı ilə təltif olunan Z.Əliyevin soyadı “Rusiyanın tanınmış alimləri” elektron ensiklopediyasına daxil edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 335 min manat ayrılıb
18.10.2019
Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır-Professor Yusif Babanlı
18.10.2019
Prezident Rövşən Rzayevi qəbul edib
18.10.2019
Türkiyə-İran sərhədində atışma olub
18.10.2019
YAP-da Dövlət Müstəqillik Gününə həsr olunan yaradıcılıq sərgisi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info