Bakıda rusiyalı aktrisa və ssenarist Nina Puşkovanın “imza günü” keçirilib
Tarix: 14.03.2014 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


Bu yaxınlarda rusiyalı aktrisa, ssenarist və sənədli filmlər rejissoru Nina Puşkovanın “Postskriptumlu roman” əsəri Azərbaycan dilində çapdan çıxıb. Bu münasibətlə martın 14-də Bakıdakı Rus Kitabı Evində müəllifin “imza günü” keçirilib.
Kitabın tərcüməsi və təqdimatı Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən təşkil edilib.
Azərbaycanın elm, mədəniyyət və incəsənət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən “Avrasiya Araşdırmaları İnstitutu” İnkişaf Fondunun Azərbaycan filialının direktoru Rauf Həsənov Nina Puşkovanın yaradıcılığı və “Postskriptumlu roman” əsəri barədə ətraflı məlumat verib. O qeyd edib ki, kino yaradıcılığı sahəsində daha çox tanınmış N.Puşkova bir sıra filmlərdə yaratdığı parlaq obrazlar sayəsində tamaşaçıların rəğbətini qazanıb. “Postskriptumlu roman” kitabı N.Puşkovanın şəxsi müşahidələri əsasında yaranıb. Müəllif bu romanda öz həyatı, çoxsaylı məşhur və maraqlı insanlarla görüşləri, o cümlədən təxminən 30 il bundan əvvəl qarşılıqlı məhəbbət əsasında qurulmuş ailəsi barədə söhbət açır.
Rauf Həsənov müəllifə uğurlar arzulamış və əmin olduğunu bildirib ki, müasir həyatı əks etdirən roman Azərbaycan oxucularının rəğbətini qazanıb.
Tədbirdə “Postskriptumlu roman” kitabının müəllifi də çıxış edib. Azərbaycana ilk dəfə təxminən 40 il bundan əvvəl gəlməsini xatırlayan N.Puşkova deyib: “Bakı şəhəri ona daim yeni-yeni səhifələr əlavə edilən bir kitaba, romana bənzəyir. Həmişə öz qonaqpərvərliyi və səxavəti ilə seçilmiş bu şəhərin sakinləri yaşlı nəslə xüsusi ehtiram ənənələrini qoruyub saxlanıblar. Mən çox şəhərlərdə olmuşam, lakin Şərq və Avropa mədəniyyətinin bu cür üzvi şəkildə uzlaşmasını heç yerdə görməmişəm, siz isə buna nail olursunuz”.
N.Puşkova razılıq hissi ilə qeyd edib ki, onun əsəri qısa müddətdə məhz Azərbaycan dilinə tərcümə olunmuş və nəşr edilib. Müəllif bu işdə əməyi olmuş insanların hamısına təşəkkürünü bildirib. Hazırda detektiv janrında yeni əsər üzərində işləyən N.Puşkova deyib ki, tanınmış yazıçı olmasa da, Azərbaycan oxucularının qəlblərinə yol tapacağına və özünün yeni kitabları ilə onların görüşünə gələcəyinə ümid edir.
Görüşün sonunda N.Puşkova “İmza günü”nün təşkilatçılarına və iştirakçılaına minnətdarlığını bildirmiş, öz yeni kitablarının nüsxələrini oxuculara bağışlayıb.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Beynəlxalq Muğam Mərkəzində Sara Qədimovanın xatirə gecəsi keçirilib
21.10.2019
“30 yaşlı söz- Tural Turan 30“
21.10.2019
Musiqili Teatr Təbriz səfərinə hazırlaşır
20.10.2019
Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert keçirilib
20.10.2019
Vyetnamın məşhur caz qrupu Bakı Caz Festivalında çıxış edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info