DİN vakant yerlər üzrə müsabiqə elan edi
Tarix: 14.03.2014 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


Daxili İşlər Nazirliyi Polis Akademiyasının Daxili işlər orqanlarında idarəetmənin təşkili kafedrasında vakant mühəndis-proqramçı (1 yer), Dil hazırlığı kafedrasında vakant müəllim (4 yer) və baş müəllim (2 yer) vəzifələrinin komplektləşdirilməsi ilə əlaqədar müsabiqə elan edir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Daxili işlər orqanlarında idarəetmənin təşkili kafedrasının mühəndis-proqramçısı vəzifəsinə namizəd dövlət ali təhsil müəssisələrinin riyaziyyat, kompüter riyaziyyatı, informatika və hesablama texnikası istiqamətləri üzrə bakalavr və ya magistr pilləsində təhsil almış, Java, C++ və Delphi proqramlaşdırma dillərində işləmək təcrübəsi, həmçinin MS SQL və Oracle verilənlər bazasının idarə edilməsi sistemlərinin iş prinsipləri haqqında biliyə malik olmalıdır.
Dil hazırlığı kafedrasının müəllimi və baş müəllimi vəzifəsinə namizəd ingilis dili ixtisası üzrə dövlət ali təhsil müəssisələrinin magistr pilləsini bitirmiş və pedaqoji staja malik olmalı, habelə ingilis dilini mükəmməl səviyyədə bilməlidir.
Müsabiqədə "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən, boyu 165 santimetrdən (qadınlar üçün 160 sm) yuxarı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Vakant vəzifələrə təyin olunacaq müsabiqə qaliblərinin xidmət yerləri gələcəkdə polisin digər xidmət sahələrinə dəyişdirilməyəcək.

Namizədlər müsabiqədə iştirak üçün bu elanda göstərilmiş ünvanda fəaliyyət göstərən komissiyaya müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsini;
- ali təhsil haqqında diplomu;
- hərbi bileti; (kişilər üçün)
- əmək kitabçasını (olanlar üçün);
- ixtisas təcrübəsini təsdiq edən diplom və sertifikatları.
Müsabiqənin şərtlərinə cavab verməyən namizədlərin sənədləri qəbul edilməyəcək.
Namizədlərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş tapşırıqlar və normativlər üzrə yoxlanılır.
Müsabiqədə iştirak etmək üçün sənədlər Daxili İşlər Nazirliyinin Polis Akademiyasının inzibati binasında (Bakı şəhəri Mərdəkan qəsəbəsi) 2014-cü ilin mart ayının 15-dən aprel ayının 15-dək hər gün (qeyri-iş günlərindən başqa) saat 10-dan 18-dək qəbul olunur.
Əlavə məlumatı www.mia.gov.az saytından ala bilərsiniz.
Əlaqə telefonu - (012) 454-12-78
E-mail: info@mia.gov.az
Tural




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
196 nizamsız miqrant tutuldu
22.10.2019
Tramp Türkiyəni sanksiyalarla hədələyib
22.10.2019
ABŞ-ın energetika naziri dekabrın 1-i istefaya gedəcək
22.10.2019
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi Misirdə qeyd edilib
22.10.2019
Prezident Baş Nazirin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib (YENİLƏNİB)

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info