Vaqif Sadıqov: “Maksimum irəli getməyə çalışacağıq”
Tarix: 14.03.2014 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Topaz Premyer Liqada qış fasiləsinə qədər bir çox güclü komandalara qalib gələn, əzmkar oyunu ilə yadda qalan AZAL klubu üçüncü dövrədə keçirilmiş yeddi oyunun heç birində qələbə qazana bilməyib.
Paytaxt təmsilçisinin baş məşqçisi Vaqif Sadıqov komandasının hazırkı durumundan danışıb. O, AZAL-ın oyun sarıdan heç bir komandadan geri qalmadığını vurğulayıb: "İnşallah oyun olan yerdə mütləq nəticə də olacaq. Bizdə yalnız bir qələbə çatmır. Futbolçular da bunu yaxşı dərk edir. Bu gərginlikdən çıxacağımıza hamımız inanırıq. İstəməzdim ki, uğursuzluğumuza hansısa bir don geyindirim. Nə desəm də, hər halda nəticəmiz yoxdur. Deməli komandamız o qədər təkmilləşməyib ki, lazım olan nəticəni əldə edək. Hələ komandada bəzi işlər görülməlidir. Qarşıda 11 oyunumuz var. Hamısı da bir-birindən çətin". Qeyd edək ki, AZAL cari mövsümdə 18-ci tura qədər hücumçusuz mübarizə aparıb. V.Sadıqov bu problemin qismən həll olunduğunu bildirib: "Hesab edirəm ki, Nedo Turkoviçin komandaya gəlişindən sonra hücumda olan problemlərimiz bir qədər aradan qalxıb. İnanıram ki, bu hücumçu daha artığına nail olacaq. O, getdikcə komandaya, mühitə, Azərbaycana uyğunlaşır. Gündən-günə oyununda inkişaf olduğu görünür". V.Sadıqov Topaz Premyer Liqasının növbəti turunda "Neftçi" ilə qarşılaşacaqları oyun haqda da danışıb: "Hər bir oyunda qələbə üçün çalışırıq. İndi isə qələbə bizə hava və su kimi lazımdır. Rəqibimizin güclü və ya zəif olduğunu heç vaxt düşünmürük. Futbolçularımız meydana çıxıb, qələbə üçün sona qədər döyüşəcək. "Neftçi" güclü heyətə malikdir. Ancaq ikinci dövrədə bu komandaya qalib gələ bilmişiksə, niyə də bunu təkrarlamayaq? Maksimum irəli getməyə çalışacağıq. Ötən mövsüm 12 komanda arasında 7-ci yeri tutmuşuq. İndi isə daha güclü çempionatda iştirak edirik. Hələlik 7-ci pillədəyik. Ancaq çalışacağıq ki, imkan qədər öz petensialımızı ortaya qoyaq və məzmunlu oyunla nəticə qazanaq".




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
“Qalatasaray“ “Real“a, “Yuventus“ “Lokomotiv“ qarşı
22.10.2019
20-ci saniyədə qırmızı vərəqə aldı
22.10.2019
“Real“da həmişəlik qalmaq istəyirəm“
21.10.2019
Azərbaycan triatlonçusu Avropa kuboku finalında qızıl medal qazanıb
21.10.2019
Azərbaycan Premyer Liqasının səkkizinci turuna yekun vurulub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info