“The American Conservative”: “Avropanın bütün əhalisi qocalır və azalır”
Tarix: 15.03.2014 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


“2050-ci ilə qədər hər ay 50 min rusiyalı azalacaq”
ABŞ-ın "The American Conservative” media orqanı yenidən Rusiya-Ukrayna qalmaqalı məsələsinə toxunub. Müəllif Patrik Byukenen yazıya ədəbiyyatdan sitat gətirməklə başlayır: “Doğrudan da bu vacibdir? Şair hersoq Marlboronun qələbəsi haqqında soruşur: ”Bu böyük savaşda kim qalib gəldi”. Mən müharibənin ağılsızlığı və keçici şöhrət barədə bu şeiri ona görə xatırladım ki, Krımda bu həftə kimin bayrağının dalğalanacağına görə mübarizə alovlanmışdı. Həmçinin BMT az öncə demoqrafiya barəsində yeni məlumatlar açıqlayıb. “World Population 2012” məruzəsində indiki dövrdən 2050-ci ilə qədər hər bir xalqın hər bir ölkə üzrə və qitələr üzrə artım və azalma proqnozu verilir.
Hər şeydən çox Krım böhranına Rusiya və Ukrayna cəlb edilib. Əgər BMT-nin rəqəmlərinə baxsaq, dərhal anlamaq olar ki, əsl müharibəyə səbəb ola biləcək bu qarşıdurma nə qədər absurddur. 2012-ci ildən 2050-ci ilə qədər Ukrayna müharibə vasitəsilə ya da müharibəsiz olaraq əhalisinin dörddə bir hissəsini itirəcək. Yer üzündən 11-12 milyon ukraynalı silinəcək. Bu göstərici 1932-1933-cü illərdə Qolodomorda ölənlərin sayından olduqca artıqdır. Rusiya isə bu dövr ərzində 22 milyon adam itirəcək ki, ki, onun əhalisi 121 milyon nəfərdən də az olacaq.
2050-ci ilə qədər demək olar ki, hər ay 50 min rusiyalı azalacaq. Bəzi demoqraflar hesab edir ki, BMT-nin bu proqnozları həddindən artıq nikbindir. Əslində isə mən daha qorxulu proqnozlar görmüşəm. Kim ki Vladimir Putinin Sovetlər Birliyini yenidən dirçəltməyə cəhd etdiyini düşünürsə, aydınlaşdırmalıdır ki, əgər Rusiya 22 milyon adam itirəcəksə, keçmiş sovet respublikaları olan Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın, Tacikistanın, Türkmənistanın isə əhalisi ümumilikdə elə 22 milyon artacaqsa, onda Putin məqsədinə necə nail ola bilər?
Tarixdə əhalisi sürətlə azalan hansı ölkələr əhalisi sürətlə artan ölkələri işğal ediblər? BMT 1945-ci ildə yaradılanda Stalin istəyirdi ki, 15 sovet respublikasından hər biri Baş Assambleyada yer alsın. Sonda o, üç yerə razılaşdı - Rusiya, Ukrayna, Belarusiya. Bu isə sovetin əsasını təşkil edirdi. Amma bu üç ölkə əsrin ortasına qədər 35 milyon nəfər itirəcək. Bu rəqəm Hitlerlə Stalinin savaşı və bolşeviklərin 70 illik idarəçiliyi dövründə itirilən insan itkisinə bərabərdir. Bizim “müharibələr partiyası” tələb edir ki, biz hərbi yardımı, hətta ordunu Polşaya, Baltik ölkələrinə və Rumıniyaya yönləndirək. Hətta Ukrayna və Gürcüstanı da NATO-ya daxil edək. Bu isə o deməkdir ki, ABŞ Rusiya ilə müharibə etməli olacaq ki, bu ölkələri qorusun. Bu, ağlabatandırmı? Bunun bizim üçün nə mənası var?
BMT-nin məlumatına görə, litvalıların, latviyalıların, estonların sayı 6,3 milyon nəfərdir. 2050-ci ilə qədər onların sayı bir milyon azalacaq. Belə olduğu halda, NATO-nun Rusiya ilə Estoniya uğrunda mübarizəsi Estoniyaya nə verə bilər?”.
Yazıda o da bildirilir ki, BMT proqnoz verir ki, Rusiya, Belarus, Baltikyanı ölkələr, Polşa, Macarıstan, Rumıniya, Bolqarıstan birlikdə əsrin ortasında 50 milyon adam itirəcək. Onlar əsrin sonunda daha 50 milyon nəfər itirməli olacaqlar. Bildirilir ki, Avropanın bütün əhalisi qocalır və azalaraq həyatdan gedir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
196 nizamsız miqrant tutuldu
22.10.2019
Tramp Türkiyəni sanksiyalarla hədələyib
22.10.2019
ABŞ-ın energetika naziri dekabrın 1-i istefaya gedəcək
22.10.2019
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi Misirdə qeyd edilib
22.10.2019
Prezident Baş Nazirin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib (YENİLƏNİB)

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info