“Ermənistan əhalisiz dövlətə çevrilmək təhlükəsi ilə üzləşib”
Tarix: 15.03.2014 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


“Ermənistanda adamları aldatmaqdan, oğurluqdan, cinayətdən, insanların hüquqlarını pozmaqdan asan heç nə yoxdur”

Ermənistandakı ağır sosial-iqtisadi vəziyyət ölkənin sürətlə boşalmasına səbəb olub. İnsanlar yaşamaq üçün minimum həyat şərtlərinin olmamasından bezdikləri üçün baş götürüb ölkədən qaçırlar. Ermənistan parlamentinin deputatı Qrant Baqratyan bildirir ki, son 6 ildə Ermənistan tamamilə xarici şirkətlərə satılıb, korrupsiya hakimiyyətin ən yüksək pilləsinə qədər gedib çıxıb.
Prezident Serj Sərkisyan isə nəinki bunun qarşısını almağa çalışmır, əksinə, korrupsiyanı daha da genişləndirir. Erməni mətbuatı qeyd edir ki, əslində ölkədə korrupsiyanın hökm sürməsi, əhalinin səfalət içərisində yaşaması və milli şirkətlərin xaricilərə satılması heç də yeni xəbər deyil. Demoqrafiya üzrə mütəxəssislər bildirirlər ki, ölkəni kütləvi tərk etmə hallarının əsas səbəbi işsizlik, məmur özbaşınalığı, korrupsiya hallarının artması, iqtisadi şəraitin əlverişsiz olmasıdır. Ölkədə insanların sabaha inamı yoxdur, onlar uşaqlarının gələcəklərinin yaxşı olacağına inamlarını itiriblər. Demoqraf Ruben Yeqenyan etiraf edib ki, vətəndaşların əksəriyyəti ölkədəki əxlaqi və psixoloji vəziyyətdən narazıdırlar. Bu cür acınacaqlı vəziyyətin yaxşılaşdırılması istiqamətində heç bir addım atılmır və insanların olduqca ağır sosial vəziyyətdə yaşamaları dövlət rəsmlərini qətiyyən narahat etmir. İnsanların əksəriyyəti ölkədə hökm sürən ədalətsizlikdən, özbaşnalıqdan narazı qaldıqları üçün Ermənistanı tərk etdiklərini acıq formada bildirirlər. Ermənistanın dövlət məmurları ölkədən köçənlərin sayını ictimaiyyətdən gizlətməyə çalışaraq, guya bu adamların mövsümü işlərlə əlaqədar ölkəni müvəqqəti tərk etmələri barədə həqiqətdən tamamilə uzaq fikirlər söyləyirlər. Ermənistanda sosial-iqtisadi problemlərin getdikcə ağırlaşması ölkəni tərk edənlərin sayının ildən-ilə artmasına səbəb olur. Ağır vəziyyətdən bezərək ölkədən gedənlərin əsas istiqaməti Rusiyayadır. Amma indi vəziyyət o həddə çatıb ki, erməniləri Rusiyadan da qovurlar. Rusiya Federasiyasının miqrasiya ilə bağlı yanvar ayının 1-dən etibarən qüvvəyə minən yeni qanununa görə, aprel ayının əvvəllərində 220 min erməni ölkəni tərk etməli olacaq. Parisdə erməni lobbisinin vəsaiti hesabına nəşr olunan “Ermənistan xəbərləri” jurnalında dərc edilmiş məlumatda bildirilir ki, son bir neçə ildə 500 mindən artıq erməni Rusiyanı tərk edib və adları “qara siyahı”ya düşən bu ermənilərin yenidən Rusiyaya qayıdışı qadağan edilib. Yazıda Rusiyadan çıxarılan ermənilərin ailələrini dolandırmaq naminə bu ölkəyə işləməyə getdiklərini bildirilsə də, rus mətbuatı bu fikirləri tamamilə təkzib edir və ermənilərin Rusiyaya qeyri-qanuni yollarla daxil olduqlarını, heç bir yerdə qeydiyyatda durmadıqlarını, ölkənin qanunlarını pozduqlarını, cinayətkar dəstələrə qoşularaq quldurluq və soyğunçuluqla məşğul olduqlarını, qətllər törətdiklərini, elə bu səbəblərdən də ölkədən çıxarıldıqlarını bildirir. Xatırladaq ki, bu yaxınlarda Rusiyanın Ermənistandakı səfirliyi adları artıq “qara siyahı”ya düşmüş 170 min erməniyə viza verməkdən boyun qaçırıb. Deməli, bu vəziyyət Ermənistandakı vəziyyəti daha da dramatikləşdirəcək. Əslində Rusiya bu siyasətlə Ermənistanı tam şəkildə nəzarətinə almaq istəyir. Gömrük İttifaqına üzv olduqdan və Rusiyanın bəzi siyasi istəklərini yerinə yetirdikdən sonra yəqin ki, Ermənistan miqrantları üçün güzəşt tətbiq ediləcək. Ölkəni tərk edənlər bir daha geri qayıtmaq haqqında düşünmürlər. Onlardan biri ilə bağlı “Qraparak” qəzeti yazı hazırlayıb. Qəzet yazır: “Həmsöhbətimiz 1990-cı illərin əvvəlində ölkəni tərk edib. Hazırda ABŞ-da yaşayan erməni qadının 3 övladı var, nəvəsi Harvard Universitetində təhsil alır. Bütün ailə Birləşmiş Ştatlarda yaşayır. Amma Ermənistanla əlaqələrini kəsməyiblər. İldə bir dəfə İrəvana gəlməyə çalışırlar. Bizə açıqlamasında bildirdi ki, heç bir halda geri dönmək istəmir. Birləşmiş Ştatlardan Ermənistandakı vəziyyətə baxanda ürəkləri ağrıyır. Onlar Ermənistanın boşalmasından, əhalisiz dövlətə çevrilmək təhlükəsi ilə üzləşməsindən dərin təəssüf hissi keçirirlər. Cavablarının nə olacağını bilə-bilə təklif edirik ki, bəlkə geri qayıdıb Ermənistanda yaşasınlar. Cavab verir ki, övladları, nəvələri heç bir halda gəlib Ermənistanda yaşamazlar. Onlar Amerikada böyüyüblər, düşüncələri fərqlidir. Bundan sonra onları Ermənistanda yaşamağa məcbur edə bilməz. Doğrudur, ildə bir dəfə Ermənistana gəlirlər. Amma heç vaxt Ermənistan vətəndaşı olmayacaqlar. Onlar Ermənistana gələn kimi buradakı çətin yaşam tərzini, çatışmazlıqları asanlıqla görürlər. Ermənistanda vətəndaşın yaşaması üçün minimum şərait belə, yoxdur. Hətta uşaqlar belə, həyətdə oynayarkən bir-birini aldadırlar. Ermənistanda isə adamı aldatmaqdan, oğurluqdan, cinayətdən, insanların adi hüquqlarını pozmaqdan asan heç nə yoxdur”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Məhrumiyyətlərdən çəkinməyən, hər bir təhdidə və təhlükəyə gedə bilən Heydər Əliyev bölünmə təhlükəsi qarşısında qalan bir dövləti yenidən qurdu
22.10.2019
196 nizamsız miqrant tutuldu
22.10.2019
Tramp Türkiyəni sanksiyalarla hədələyib
22.10.2019
ABŞ-ın energetika naziri dekabrın 1-i istefaya gedəcək
22.10.2019
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi Misirdə qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info