Vanda üçtərəfli görüş
Tarix: 15.03.2014 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Türkiyənin Van şəhərində Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərin üçtərəfli görüşü keçirilib.
Görüşdə çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, ölkələr arasında mövcud olan sərhədlər dost və qardaşlıq sərhədləri olmalıdır: “Həm sərhəddə, həm könlümüzdə olan qapılarımız hər zaman bir-birimizə açıq olacaq”. Sonra nazirlər qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.Görüşün yekununda qəbul edilən qərara əsasən, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərin növbəti - 4-cü görüşü İranda keçiriləcək. Üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, bu həftə ATƏT-in Minsk qrupun həmsədrləri ilə ayrı-ayrılıqda görüş olub: “Azərbaycanın mövqeyi ondan ibarətdir ki, danışıqları yalnız danışıqlar xatirinə aparmaq düzgün deyil”. Nazir bildirib ki, bu, təkcə Azərbaycan və Ermənistan deyil, region üçün də təhlükədir: “Ermənistan öz qoşunlarını Azərbaycan ərazilərində saxlayır və bu region üçün təhlükəlidir. Təmas xəttində insidentləri azaltmağa ehtiyac var. Biz çalışırıq ki, danışıqları yerindən tərpədək. Biz Ermənistanla sülh naminə əməkdaşlıq etməyə hazırıq, amma bunun üçün Ermənistan işğal etdiyi torpaqlardan çəkilməlidir”. Elmar Məmmədyarov onu da qeyd edib ki, Azərbaycan Ukraynada stabilliyin bərpa olunmasına və həll olunmamış məsələlərin sülh yolu ilə çözülməsinə çağırır.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
196 nizamsız miqrant tutuldu
22.10.2019
Tramp Türkiyəni sanksiyalarla hədələyib
22.10.2019
ABŞ-ın energetika naziri dekabrın 1-i istefaya gedəcək
22.10.2019
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi Misirdə qeyd edilib
22.10.2019
Prezident Baş Nazirin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib (YENİLƏNİB)

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info