Yeni televiziya kanalı may ayından yayıma başlayır
Tarix: 15.03.2014 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dan verilən məlumata görə, iclasda “Milli Televiziya və Radio Şurasının 14 yanvar 2014-cü il tarixli qərarı ilə ümumrespublika televiziya yayım kanalının açılması üçün elan edilmiş müsabiqədə iştirak etmiş “Brand in Baku” MMC, “Fatiyev Company” MMC, “Region TV” MMC-nin sənədlərinə baxılıb, müsabiqənin nəticələri müzakirə edilib.
MTRŞ müvafiq qaydaları əsas tutaraq, digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Region TV” MMC-ni müsabiqənin qalibi elan edib və ona 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla ümumrespublika televiziya yayımı üçün 6 il müddətinə xüsusi razılıq verilib. Qeyd edək ki, yeni televiziyanın Bakıda yayıma başlayacağı tarix bu ilin may ayına planlaşdırılır. “Region TV” Bakı və Abşeron yarımadası ərazisində 37-ci tezlikdə yayımlanacaq. Bölgələrdə isə yayım regional telekanalların siqnalları vasitəsilə həyata keçiriləcək. Açıq yayımla yanaşı, “Region TV” Azərbaycanın ilk peyki olan “Azerspace1”in Avropa seqmentində, kabel tv-lər, həmçinin internet vasitəsilə də yayımlanacaq. Yaxın gələcəkdə ölkədə analoq yayımın dayandırılacağını nəzərə alaraq “Region TV”, eləcə də bütün regional kanalların yayımı rəqəmsal formatda həyata keçiriləcək. “Region TV”-də yayımlanacaq bütün veriliş və buraxılışlar həm regional telekanallarda, həm də Bakıda yerləşən xüsusi telestudiyada hazırlanacaq. “Region TV”nin əsas istiqaməti ölkənin siyasi, iqtisadi, sosial və mədəni həyatını işıqlandırılmaq, habelə Azərbaycanın bölgələrinə xüsusi diqqət ayırmaqdır.
İclasda ANS telekanalında yayımlanan “Adam içində”, “Azad Azərbaycan” telekanalında yayımlanan “Ümid var” və “Space” telekanalında yayımlanan “Üz-üzə” verilişlərində milli-mənəvi dəyərlərə zidd, əxlaq normalarına uyğun olmayan mövzuların müzakirəyə çıxarılması və bununla bağlı süjetlərin yayımlanması müzakirə edilib. Bu tipli verilişlərin yayımlanmasının ictimaiyyət arasında haqlı narazılığa səbəb olduğu vurğulanıb, insanların şəxsi və ailə həyatı ilə bağlı olan, ümumilikdə isə Azərbaycan cəmiyyəti və mənəviyyatı üçün səciyyəvi olmayan bəzi neqativ faktların şişirdilərək təkrar-təkrar gündəmə gətirilməsi yolu ilə şou yaradılması və süni reytinq qazanmaq cəhdlərinin həm qanunvericiliyin tələbinə, həm də əxlaq normalarına zidd olduğu qeyd edilib. Milli Televiziya və Radio Şurası tərəfindən telekanal rəhbərlərinə gələcəkdə proqram siyasətlərini tənzimləyərkən cəmiyyətdə formalaşmış ictimai rəyin nəzərə alınması, bu cür hallara daha həssaslıqla yanaşılması tövsiyə edilib.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22.10.2019
“Azeri Light”ın bir barreli 62,76 dollara satılır
22.10.2019
İsveçrə şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirir
22.10.2019
Azərbaycana yeni zubrlar gətiriləcək
22.10.2019
Azərbaycandakı sabitliyin qiyməti yoxdur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info