“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin on üçüncü cildi çapdan çıxıb
Tarix: 15.03.2014 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


“Neft Fondunun yaradılması neft srategiyamızın vacib elementlərindən biri olmuşdur. Neftin satışından gəlirlər əldə etməyə başladıqdan dərhal sonra Neft Fondu təsis edilmişdir. Fond çox müasir və şəffaf quruluşa malikdir və onun fəaliyyəti və gəlirləri haqqında məlumatlar müntəzəm olaraq dərc edilir. Bu, çox vacib bir məsələdir, belə ki, uğur qazanmaq, ölkəni inkişaf etdirmək və gəlirlərdən lazımi qaydada istifadə etmək üçün maksimum dərəcədə şəffaflığın təmin edilməsi zəruridir.
Fond üzərində beynəlxalq audit həyata keçirilir və o, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu da daxil olmaqla, beynəlxalq maliyyə təşkilatları ilə yaxından əməkdaşlıq edir. Buna görə də belə hesab edirəm ki, Neft Fondunun fəaliyyəti ölkə iqtisadiyyatının gələcəkdə çoxşaxəli inkişafı üçün olduqca vacib rol oynayacaqdır”.
Bu sözlər yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin on üçüncü cildində dövlət başçısının 2005-ci il oktyabrın 18-də Prezident sarayında ABŞ-ın “New York times”, “Los Angeles times” qəzetlərinin, “Bloomberg” informasiya agentliyinin və “Dow Jones/CNBC” telekanalının müxbirlərinə müsahibəsindən götürülüb.
Nəşrin buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
Çoxcildliyin bu kitabında Prezident İlham Əliyevin 2005-ci ildə Bolqarıstan Respublikasına rəsmi səfəri, Finlandiya, Latviya prezidentlərinin ölkəmizə rəsmi səfərləri, bir sıra xarici dövlət və hökumət başçıları, ictimai-siyasi xadimlərlə, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin iştirakçıları ilə görüşləri, xarici KİV-ə verdiyi müsahibələr toplanıb.
Həmçinin kitabda dövlətimizin başçısının 2005-ci il oktyabrın 12-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin inşasının başa çatdırılması və kəmərin xam neftlə doldurulması münasibətilə təntənəli mərasimdə iştirak etmək üçün Gürcüstana səfəri və orada Türkiyə Prezidenti Əhməd Necdət Sezər və Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə görüşləri verilib.
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin on üçüncü cildində dövlət başçısının Azərbaycan gənclərinin IV forumunun yekun toplantısında və ölkəmizdə parlament seçkilərinə dair keçirilmiş müşavirədəki nitqləri də yer alıb.
Bu cilddə Prezident İlham Əliyevin respublikamızın Gəncə şəhərinə, Kürdəmir, Sabirabad və Qazax rayonlarına səfərləri də əksini tapıb.
Kitabda, həmçinin Prezident İlham Əliyevin bir sıra beynəlxalq tədbirlərə, ölkə başçılarına, ictimai-siyasi, mədəniyyət və incəsənət xadimlərinə ünvanlandığı məktublar da toplanıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar” “Coğrafi adlar” göstəriciləri də daxil edilmişdir.
On üçüncü cildə daxil olan materiallar 2005-ci ilin sentyabr ayından oktyabr ayınadək olan dövrü əhatə edir. “Azərnəşr” tərəfindən buraxılmış cildin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) materiallarından istifadə olunub.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 335 min manat ayrılıb
18.10.2019
Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır-Professor Yusif Babanlı
18.10.2019
Türkiyə-İran sərhədində atışma olub
18.10.2019
YAP-da Dövlət Müstəqillik Gününə həsr olunan yaradıcılıq sərgisi keçirilib
18.10.2019
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Qars şəhərində qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info