İtaliya ölkəmizin əsas iqtisadi tərəfdaşlarından biridir
Tarix: 15.03.2014 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev İtaliya Respublikasının Friuli-Venetsiya-Culiya regionunun Regional Şurasının prezidenti xanım Debora Serakkianinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan ilə İtaliya arasında yaxşı əməkdaşlığın mövcud olduğunu vurğulayan dövlət başçısı ölkəmizin İtaliyanın müxtəlif regionları ilə də yaxın əlaqələr qurmaqda maraqlı olduğunu deyib. İqtisadi sahədə İtaliyanın ölkəmizin əsas tərəfdaşlarından biri olduğunu vurğulayan Prezident İlham Əliyev digər sahələrdə də əlaqələrimizin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu qeyd edib. İtaliya Respublikasının Friuli-Venetsiya-Culiya regionunun Regional Şurasının prezidenti xanım Debora Serakkiani təmsil etdiyi regionun Azərbaycan ilə ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Görüşdə əlaqələrimizin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Məhrumiyyətlərdən çəkinməyən, hər bir təhdidə və təhlükəyə gedə bilən Heydər Əliyev bölünmə təhlükəsi qarşısında qalan bir dövləti yenidən qurdu
22.10.2019
196 nizamsız miqrant tutuldu
22.10.2019
Tramp Türkiyəni sanksiyalarla hədələyib
22.10.2019
ABŞ-ın energetika naziri dekabrın 1-i istefaya gedəcək
22.10.2019
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi Misirdə qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info