İsveçrəli jurnalistdən Qarabağa aid kitab
Tarix: 17.03.2014 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


İsveçrəli jurnalist Andre Vidmerin Ermənistan-Azərbaycan münaqişəsi və azərbaycanlı məcburi köçkünlərin həyatı barədə yazdığı "Unudulmuş münaqişə" (Forgotten Conflict) başlıqlı kitab Los Ancelesdə təqdim olunub. Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun yaydığı məlumatda deyilir ki, Baş Konsulluqda keçirilən təqdimatda ABŞ Dövlət Departamentinin nümayəndələri, Los Anceles Vilayətinin rəsmiləri, xarici ölkələrin baş konsulları və digər şəxslər iştirak ediblər.
Tədbiri açan Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı, işğal olunmuş ərazilərdə həyata keçirilmiş etnik təmizləmə siyasəti və mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlər, eləcə də BMT Təhlükəsizlik Şurasının işğalı pisləyən qətnamələri barədə iştirakçıları məlumatlandırıb. İşğal nəticəsində yüzminlərlə azərbaycanlının məcburi köçkünə çevrildiyini bildirən baş konsul onların sosial rifahının yaxşılaşdırılması üçün Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər, xüsusilə çadır şəhərciklərinin bütün şəraitə malik yeni şəhərciklər ilə əvəz edilməsi haqqında danışıb.
Eyni zamanda, diplomat məcburi köçkünlərin yalnız bir arzusunun olduğunu - doğma el-obalarına qayıtmaq istədiklərini, ancaq Ermənistan hökumətinin öz işğalçılıq siyasətini davam etdirərək buna imkan vermədiyini diqqətə çatdırıb. Baş konsul bildirib ki, ənənəvi Qərb jurnalistikasından fərqli olaraq, Andre Vidmer yüksək cəsarət göstərərək, Qarabağ həqiqətlərini öz kitabında tam obyektiv şəkildə təqdim edib. Qeyd olunub ki, jurnalist işğal olunmuş ərazilərimizə səfər edərək, orada, xüsusilə Ağdam və Şuşada, Ermənistan tərəfindən törədilmiş dağıntıları kitabında əks etdirib, eləcə də azərbaycanlı məcburi köçkünlərlə görüşərək, onların həyatı barədə oxucuları məlumatlandırıb.
Sonra söz A.Vidmerə verilib. Jurnalist ilk dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə 2008-ci ildə səfər etdiyini və gördüklərindən dəhşətə gəldiyini bildirib. O, vaxtilə azərbaycanlıların yaşadığı şəhər və kəndlərin işğaldan sonra böyük dağıntılara məruz qaldığını, bəzilərinin isə hətta yerlə-yeksan edildiyini qeyd edib. Bu səpkidə, A.Vidmer vaxtilə 50 mindən çox azərbaycanlının yaşadığı Ağdam şəhərinin bu gün artıq mövcud olmadığını və baş vermiş dağıntıların böyük əksəriyyətinin məhz işğaldan sonra həyata keçirildiyini diqqətə çatdırıb. Şuşa şəhərində də həyata keçirilmiş dağıntılardan danışan jurnalist bunun nəinki mənəvi bir cinayət, eləcə də ciddi beynəlxalq hüquq pozuntusu olduğunu bildirib.
Cəbhəyanı ərazilərdə yaşayan azərbaycanlı məcburi köçkünlərlə görüşləri barədə danışan A.Vidmer öz evlərini və doğma torpaqlarını itirmiş bu insanların böyük haqsızlığa məruz qaldığını, ancaq beynəlxalq ictimaiyyətin münaqişənin bu faciəvi humanitar aspektinə lazımi diqqət göstərmədiyni qeyd edib. Ermənistan hökumətinin bütün bunları dünya ictimaiyyətindən gizlətmək üçün əlindən gələni etdiyini, ancaq həqiqətin əvvəl-axır üzə çıxdığını qeyd edən A.Vidmer öz kitabı ilə azərbaycanlılara qarşı törədilmiş bu ədalətsizlikləri işıqlandırmaq arzusunda olduğunu bildirib.
Daha sonra Kaliforniya San Dieqo Universitetinin professoru, sabiq ABŞ diplomatı Dr. Ceyms Koyl çıxış edərək, Ermənistan-Azərbaycan münaqişəsinin geosiyasi aspektləri barədə iştirakçıları məlumatlandırıb.
Təqdimatdan sonra iştirakçılar Ağdam şəhərinin yerlə-yeksan edilməsinə həsr olunmuş "Qafqazın Hiroşiması" başlıqlı foto-sərgi ilə tanış olublar. Sərgidə Ağdamın işğaldan öncəki və işğalsonrası fotoşəkilləri nümayiş etdirilib.
Qeyd edək ki, Kaliforniyaya səfəri müddətində A.Vidmer öz kitabını Çəpmən Universitetinin tələbə və professor heyətinə də təqdim edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Avropada icazəsiz aksiya təşkilatçılarını və iştirakçılarını pul cəriməsi və həbs gözləyir
18.10.2019
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18.10.2019
Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar
17.10.2019
Həmsədrlər regiona səfərləri ilə bağlı bəyanat yayıb
17.10.2019
Müdafiə naziri Çinə səfər edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info