400 qiqabitlik “Ethernet” həll hazırlanıb
Tarix: 17.03.2014 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Çinin “Huawei Technologies” şirkəti “Xilinx” çip istehsalçısı ilə birgə sahə mütəxəssislərinə 400 Qbit-lik “Ethernet” nümunələrini nümayiş etdirib. Lakin sözügedən texnologiyanın standartlaşdırılması üçün ən azı bir neçə il vaxt lazımdır.
“Cybersecurity.ru” saytının məlumatına görə, San-Fransiskoda keçirilmiş “Optical Fiber Communications” konfransı çərçivəsində “Huawei” və “Xilinx” şirkətləri operator marşrutlayıcıları üçün kart və “Ethernet” standart texnologiyası üzrə trafiki 400 Qbit/san-dək sürətlə ötürə bilən kartlar xəttini təqdim edib. “Huawei”dən bildirilib ki, bu, hələ ki texnologiyanın nümayişidir. ABŞ-da “Huawei” elmi tədqiqat mərkəzinin strategiya direktoru Çak Adams deyib ki, “Xilinx” və “Huawei” şirkətləri texniki cəhətdən həllin istismarına hazırdır, lakin texnologiya hələ ki sertifikatlaşdırılmayıb.
Qeyd edək ki, bəzi operatorlar artıq 400 Qbit/san sürətini dəstəkləyirlər, lakin bu halda texnologiyalar “Ethernet” ilə uyğun deyil. Bundan başqa, hazırda rəsmi “400G-Ethernet” standartı yoxdur, onun istifadəyə verilməsi yalnız 2016-cı ildə gözlənilir. Eyni zamanda, hazırda məhz “Ehternet” şəbəkələrdə trafikin ötürülməsi üzrə ən populyar standartdır.
Hazırda server, fərdi kompüter və mobil qurğular şəbəkələrdə daha çox məlumat ötürürlər və həm operator, həm də məlumat mərkəzlərinin sahibləri daima məlumatların sürətli ötürülməsi texnologiyalarının axtarışındadırlar.
“IEEE (Institute of Electrical and Electronics Engineers)” sahə üzrə institutdan bildirilib ki, hələ ki onlar yeni texnologiyanın standartlaşdırılması üzrə işçi qrupu formalaşdırmayıblar. Lakin deyilib ki, aprelin sonunadək işçi qrup formalaşdırılacaq və institut hesab edir ki, sözügedən texnologiyanın standartlaşdırılması yalnız 2017-ci ildə olacaq
Tural




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Dünyanın ən böyük mağaralarından biri -Pınargözü mağarası
17.10.2019
Dünyanın ən yoxsul insanları haralardadır?
17.10.2019
Tullantıların çeşidlənməsi zamanı 19-cu əsrə aid nadir kitab tapılıb
16.10.2019
Assosda 2300 yaşlı balıqqabılar və qarmaqlar tapıldı
16.10.2019
Polisi döyən deputat 792 manat cərimələndi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info