“Dinamo” Çempionlar Liqasının qalibi oldu
Tarix: 17.03.2014 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


Qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının final oyunu keçirilib. “Baku Crystal Hall”da təşkil olunmuş qarşılaşmada Türkiyənin “Vakıfbank” və Rusiyanın “Dinamo” (Kazan) komandaları qarşılaşıblar. İspaniyalı baş hakim Susana Rodriqes Jativanın idarə etdiyi oyunun ilk hissəsində Kazan təmsilçisi rəqibini 25:23 hesabı
məğlub edib.

İkinci setdən sonra hesabda önə çıxan “Dinamo” bu hissəni də 25:11 hesabı ilə öz xeyrinə başa vurub. Üçüncü setdə də inamlı oyun nümayiş etdirən baş məşqçi Rişat Qilyazutdinovun yetirmələri 25:23 hesabı ilə qalib gəliblər. Beləliklə, rəqibini 3:0 hesabı ilə məğlub edən “Dinamo” komandası Çempionlar Liqası yarışlarının qalibi olub. Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Avropa Voleybol Konfederasiyanın (CEV) prezidenti Andre Mayer “Dördlər finalı”nın Azərbaycanda yüksək səviyyədə təşkil olunduğuna görə, Bakının “Rabitə” klubunun prezidenti Cəlil Cəfərova plaket təqdim edib. Sonra yarışın “Ən yaxşıları” nominasiyasında - Naz Aydemir (“Vakıfbank”), Neslihan Demir (“Eczaçıbaşı”), Jordon Larson (“Dinamo”), Antonella Delkor (“Dinamo”), Brendo Kastiliyo (“Rabitə”), Karolina Kostaqrando (“Vakıfbank”), Nutsara Tomkom (“Rabitə”) və Yekaterina Qamova (“Dinamo”) mükafatlandırılıblar. Daha sonra “Dinamo”ya qızıl, “Vakıfbank” kollektivinə gümüş, “Rabitə” komandasına isə bürünc medallar təqdim olunub. Kuboku “Dinamo”nun kapitanı Mariya Borodakovaya CEV-in preizdenti A.Mayer təqdim edib. Türkiyənin “Eczaçıbaşı” komandasının kapitanı Esra Gümüş Kırıcı mətbuat konfransında “Rabitə”ni təbrik edib. “Rabitə”nin kapitanı Sanya Staroviç deyib: “Biz özümüzdə güc topladıq və lazımlı qələbəni qazandıq. İlk oyunumuz alınmasa da bu mötəbər yarışın bürünc medalını qazandığımız üçün çox xoşbəxtik”. “Eczaçıbaşı”nın baş məşqçisi Lorenzo Miçelli “Rabitə”nin heyətinin güclü voleybolçulardan təşkil olunduğunu diqqətə çatdırıb və Bakı komandasını təbrik edib.
Ardıcıl iki məğlubiyyətin komandasına psixoloji təsir göstərəcəyini söyləyən L.Miçelli etiraf edib ki, hər iki oyunda xeyli səhvlərə yol verib. “Rabitə” komandasının onların səhvlərindən yetərincə yararlandığını bildirən baş məşqçi təəssüf hissi ilə vurğulayıb ki, bu səbəbdən də mükafatçılar sırasında yer ala bilməyiblər. “Rabitə”nin baş məşqçisi Eldar Yusubov deyib: “Komandamız bu yarışa ciddi hazırlaşsa da ilk oyunda məğlub olduq. İlk oyuna yaxşı başlasaq da nəticəmiz yaxşı olmadı. “Eczaçıbaşı”ya qarşı oyunda isə komandamız inamlı mübarizə apardı və qələbə qazandı”.




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Prezident Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevlə görüşüb
11.10.2019
Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
09.10.2019
Azərbaycan Prezidenti: Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, yoxsullar olmamalıdır
03.10.2019
İlham Əliyev: “Bizim üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur”
01.10.2019
Prezident: “Mənə də güc verən vətəndaşların dəstəyidir”- YENİLƏNİB

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info