BANM-də alman mühəndislərə sertifikatlar təqdim edilib
Tarix: 17.03.2014 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) təklif etdiyi layihə “Şərqə Doğru” Proqramı çərçivəsində Alman Akademik Mübadilə Xidməti tərəfindən maliyyələşdirilmək üçün seçilib.
Məktəbdən verilən məlumata görə, Alman Akademik Mübadilə Xidmətinin “Şərqə Doğru” Proqramının dəstəyi ilə BANM tərəfindən təşkil edilən “Bakı Qış Neft Məktəbi”ndə Almaniyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alan 12 bakalavr, magistr və doktorant tələbələrlə yanaşı, 4 azərbaycanlı tələbə də iştirak edib.
Bakı Qış Neft Məktəbi martın 3-15-də BANM-də keçirilib. Layihə çərçivəsində tələbələr Azərbaycanın Enerji Siyasəti, Qlobal Neft Sənayesi, Neft və qaz quyularının qazılmasında tətbiq olunan yeniliklər və Bərpaolunan enerji mənbələri mövzularında kurslar keçiblər. Layihə müddətində tələbələr akademik biliklərə yiyələnməklə bərabər Azərbaycanı daha yaxından tanımaq üçün əsrarəngiz təbiəti olan Şəki və Quba regionuna səyahət edib, eyni zamanda Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Xalçası, Xalq Tətbiqi Sənəti Muzeyi və Atəşgah məbədi ilə tanış olublar. Həmçinin layihənin ilk günlərində mart soyqırımı qurbanlarını yad etmək üçün “Quba Soyqırımı Memorial Kompleksi”ni ziyarət ediblər.
Tələbələr Azərbaycanın neft tarixinə daha yaxından bələd olmaq üçün proqram çərçivəsində Səngəçal neft terminalı, palçıq vulkanları, SOCAR Eko parkı və Qobustan təlim və tədris mərkəzi kimi əhəmiyyətli yerlərlə tanış olublar.
Martın 14-də BANM-də keçirilən tədbirdə proqramı uğurla tamamlamış iştirakçılar Bakı Ali Neft Məktəbinin sertifikatları ilə mükafatlandırılıblar. Tədbirin qonaqları Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirinin köməkçisi Vofqanq Mössinger, DAAD Məlumat Mərkəzinin direktoru Nikola Uliş olub
Tural




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22.10.2019
“Azeri Light”ın bir barreli 62,76 dollara satılır
22.10.2019
İsveçrə şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirir
22.10.2019
Azərbaycana yeni zubrlar gətiriləcək
22.10.2019
Azərbaycandakı sabitliyin qiyməti yoxdur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info