İsa Cavadoğlu yaradıcılığında Azərbaycan sevgisi...
Tarix: 17.03.2014 | Saat: 21:41:00 | E-mail | Çapa göndər


Dünya insanların müəyyən bir müddət üçün yaşayış məskənidir. Bunun üçün də insanlar dünyaya aludə olmamalıdırlar. Uca Allah dünyanı öz bəndələri üçün yaradıb və onlar üçün bəzəyib. İnsanlar da həmişə dünyaya bağlı olub və həyatları boyu dünyanın nemətləri ilə yaşayıblar. Məlum olduğu kimi bəşəriyyət, babamız Adəm və nənəmiz Həvvadan törəyib. Dünya bu şəxslərin izdivacından artıb və bugünkü formasını alıb. Bəşəriyyətin ikinci atası Nuh peyğəmbər hesab edilir. Müqəddəs kitabımız “Quranı-Kərim”də də Allah-Təala bəşəriyyətin Nuhun gəmisi vasitəsi ilə xilas olunmasını “Nuh” surəsində və həmin surənin ayələrində qeyd etməkdədir. Deməli, bəşəriyyət Nuhdan sonra yenə artmağa başlayıb. Ancaq bu həqiqətləri bəzi insanlar dərk etmirlər və bunu sindrom kimi bir əhvalat hesab edirlər. “Quran”da bunların həqiqət olmasının vurğulanması kifayətdir ki, bunlar həqiqətdir. Nuh peyğəmbər yaşadığı müddətdə öz övladları arasında dünyanı bölüb və onlara Allahın qanunlarını öyrədib. Tarixdən bizlərə məlumdur ki, biz türklər Nuh peyğəmbərin övladı olan Yafəsdən törəyənlərdənik. Türklər qədim zamanlardan ulu Tanrıya inananlar olmuşlar. Həmçinin, türklərdə tarix ərzində daha çox tək tanrıçılıq hökm sürmüşdür.
Türklər qədim zamanlardan sözdən böyük dastanlar yaradaraq dünya ədəbiyyatına böyük töhfələr verib. Qədim zamanlarda türklər söz məclislərinə yığışarlarmış və söz ustadlarının söhbətlərini dinləyərək öz hafizələrinə həkk edərlərmiş. Söz məclislərində hikmətli sözlər danışılar və obstruksiyadan uzaq olarlarmış.
Azərbaycanlılar tarixin ən qədim zamanlarından bu diyarlarda məskən salaraq böyük bir tarix və ədəbiyyat formalaşdırıblar. Dədə Qorqud kimi bir möhtəşəm tarix, ədəbi bir memarlıq formalaşdırmışdır bu türklər. Bu günün Dədə Qorqud abidəsi xalqımızın dahi bədii yaradıcılığı, həm də şanlı bir səhifəsidir. Həmçinin xalqımız aşıq, söz sənətindən entuziazm alırlar.
Vətənimizdə ozan məclisləri qurularmış və ozanlar əzəmətli dastanlar danışarmış. Aşıq, şairlik sənəti xalqımızın ən qədim zamanlardan sözün məcazi mənasında bir çörəkləri olmuşdur. Artıq XXI əsrdə yaşamağımıza baxmayaraq bizlər bu sənəti qoruyub saxlamaqdayıq. Dövrümüzdə də şairlər, aşıqlar xalq tərəfindən sevilərək onlara böyük bir məhəbbətlə qulaq asılmaqdadır.
Şairlər və aşıq yaradıcılığının xüsusi bir sahəsini məhz Vətən mövzusu tutmaqdadır. Ədəbiyyat tariximizi araşdırarkən elə bir şair və ya aşıq tapa bilmərik ki, onların yaradıcılığında Vətən mövzusu olmasın. Hər bir sənətkar Vətən yaradıcılığında öz dəst-xətti, daha doğrusu öz üslubu ilə seçilməkdədir. Şairlərimizdən Vaqifin, Vurğunun, Ələsgərin və s. kimi söz ustadlarının yaradıcılığında Vətən sevgisi öz yerini bildirməkdədir. Bu dahilərin Vətənə aid etdiyi şeirlər dövrümüzdə də öz aktuallığını saxlamaqdadır və indidən belə də saxlayacaq. Bu dahilərin Vətənə həsr etdiyi şeirlər dillər əzbəridir.
Vətən sevgisi ilə yazıb-yaradan şairlərdən biri də məhz Tovuz mahalının Əyyublu kəndində yaşayan İsa Cavadoğludur. Cavadoğlu yaradıcılığı özünün xüsusi üslubu ilə seçilir. İsa müəllimin yaradıcılığı şaxəliliyi ilə seçilir. Şairin yaradıcılığında Vətən, məhəbbət, təbiət, varlıq, Allah və s. mövzular özünü büruzə verməkdədir. İsa müəllimin yaradıcılığında Vətən şeirləri xüsusi ilə fərqlənməkdədir. Vətən mövzusunda yaradıcılığı dillər əzbəridir.
İsa müəllimin yaradıcılığının bəhrəsi olan “Azərbaycanam” şeiri öz əhəmiyyəti, nəzəriyyəsi, hikməti ilə könüllər fəth etməkdədir. Şair böyük bir ustalıqla oxucunu öz şeiri vasitəsi ilə Azərbaycana bir səyahətə çıxarır. Oxucu bu şeiri ilə azərbaycanlı olmağı ilə fəxr etdiyinə görə uca Allaha şükür etməkdədir. Şeirdə Bakıdan tutaraq işğal altında olan tarixi Azərbaycan (yəni ermənilərin işğal etdiyi bütün torpaqlar) torpaqları- Təbriz, Şamaxı və digər guşələri vurğulamaqdadır. İndi isə könüllər fəth edərək Gəncə-Qazax elində masabəyilərin dillərində əzbər olan, həmçinin də insanların dillərində əzbər olan “Azərbaycanam” şeirini sizlərə təqdim edirik:
Azərbaycanam
Hüsnümü əks edən aynamdır Xəzər,
Təbiət yaxama mirvari düzər,
Süfrəyəm, üstümü hər nemət bəzər,
Barlı-bərəkətli, Azərbaycanam!

Libasım yamyaşıl, bağlı-bağatlı,
Aranım maşınlı, yaylağım atlı,
Payızı nəğməli, toylu-büsatlı,
Yazı təravətli, Azərbaycanam!

Bakı - qaynar qəlbim, dünya mayağı,
Sumqayıt göylərin polad dayağı.
Bulud, Daşkəsəndən durur aşağı,
Füsunkar xilqətli, Azərbaycanam!

Qədim Göyçə eli, Borçalı, Qazax...
Tovuzu, Şəmkiri aç, varaq-varaq,
Naxçıvan, Şamaxı, Göyçay, Qarabağ...
Mehriban, ülfətli Azərbaycanam!

Muğan-bərəkətli, Mil laləzardır,
Qubanın, Şəkinin öz hüsnü vardır.
Gəncədə çinarlar qatar-qatardır
Qızılgül ismətli, Azərbaycanam!

Coşğun şəlalədir hayım, harayım,
Lənkəran, Astara limonlu çayım.
Nə lazım hamsını birbəbir sayım,
Misilsiz sərvətli, Azərbaycanam!

Könlün nə istəsə var, istə verim,
Yayın istisində qar istə, verim,
Bahar bayramında nar istə verim,
Hər nazu-nemətli Azərbaycanam!

Ecazkar kamanım, tarım, sazım var,
Döyünən ürəyim, min bir arzum var,
Qüdrətli övladım, oğlum, qızım var,
Namuslu, qeyrətli Azərbaycanam!

Nizami dühalı, Babək xəyallı,
Nəsimi vüqarlı, Vaqif kamallı,
Koroğlu nərəli, Vurğun amallı,
Mehdi cəsarətli Azərbaycanam!

Vüqarlı başımdır ağ saçlı Qafqaz,
Əyilməz qolumdur Kür ilə Araz,
Göygöl dodağımdır, dindir qulaq as,
Min şirin nemətli Azərbaycanam!

Odlar ölkəsidir, əzəldən adım,
Mən oddan doğuldum, odla yaşadım,
Hər bir əməlimlə oda oxşadım,
Odlu, hərarətli Azərbaycanam!

Çox odlar götürüb kirpiyim mənim,
Qranit qayadır gücüm, təmkinim,
Düşməni kül eylər qəzəbim, kinim
Dosta nəzakətli Azərbaycanam!

Bəzən düyünlənir, çatılır qaşım,
Çırpınır ürəyim, düşünür başım.
Göynədir qəlbimi, Təbriz qardaşım,
Mən cənub həsrətli Azərbaycanam!

Yağılar can atdı məhv olum, batım,
Unudub əslimi qəflətdə yatım,
Dolanbac yollardan keçdi həyatım,
Mətin, dəyanətli Azərbaycanam!

Xain düşünməsin bu tarix sondu,
Həddi var səbrin də, sanma oyundu.
Ramil, Mübariz... mindi, milyondu,
Ulu türk qüdrətli Azərbaycanam!

Üç rəngli bayrağım-zəfər nişanım,
Artır günü-gündən şöhrətim, şanım,
Haqqım var, hər zaman dostları anım,
Nurlu, səadətli Azərbaycanam!

Maşınlı tarlaya, ceyranlı düzə,
Bax gör sığışarmı şeirə, sözə?!
Hər qayam, hər qalam tarix, möcüzə,
Qədim hekayətli Azərbaycanam!

İsa, bu eşq ilə sən də yaz, yarat,
Mən yerin qəlbiyəm, qəlbimdə həyat,
Bəzən rahatam, bəzən narahat,
Çılğın təbiətli Azərbaycanam!

Mahmud Sadıqov
ADNA-nın III kurs tələbəsi, ATGTİ (Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı)-nın Qarabağ Mərkəzinin sədr müavini




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Beynəlxalq Muğam Mərkəzində Sara Qədimovanın xatirə gecəsi keçirilib
21.10.2019
“30 yaşlı söz- Tural Turan 30“
21.10.2019
Musiqili Teatr Təbriz səfərinə hazırlaşır
20.10.2019
Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert keçirilib
20.10.2019
Vyetnamın məşhur caz qrupu Bakı Caz Festivalında çıxış edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info