Şüyüd
Tarix: 19.03.2014 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Şüyüd (Anethum) bütün dünyada əkilir və istifadə olunur.
Vətəni Asiyadır. Güclü qoxuya və dada malik şüyüdün həm yarpaqlarından, həm də toxumlarından istifadə olunur.
Tərkibində C, A, B vitaminləri, kalium, kalsium, maqnezium, natrium, fosfor, dəmir, manqan, mis, sink var. Hələ 5000 min il əvvəl Misir həkimləri şüyüddən müalicə məqsədilə istifadə edirdilər. Şüyüd iştahanı artırır, maddələr mübadiləsini yaxşılaşdırır, həzm sisteminin işini normallaşdırır.
Yuxusuzluq, meteorizm, hipertoniya, qastritdə, sistit və başqa böyrək xəstəliklərində faydalıdır, baş ağrısını aradan götürür, ürək fəaliyyətinə ümumiyyətlə yaxşı təsir göstərir. Bundan başqa güclü sidikqovucu və ödqovucu xüsusiyyətlərə malikdir.
Piylənmədə, qara ciyər və öd xəstəliklərində faydalıdır, ana südünü artırır. Şüyüd qan təzyiqini aşağı saldığı üçün aşağı təzyiqi olan adamlara onu çox yemək məsləhət görülmür.
Azərbaycan mətbəxində şüyüd təzə halda yeyilir, xörəklərə qatılır və şorbaların hazırlanmasında istifadə olunur.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bakıda Dördüncü Beynəlxalq Tibbi Treninq Günləri keçiriləcək
18.11.2018
Uşaqlarda görmə problemlərinin riskini azaldan çox bəsit üsul
15.11.2018
Ürək üçün ən təhlükəli məhsul hansıdır?
13.11.2018
Səhiyyə Nazirliyi: Azərbaycanda qripə qarşı pulsuz peyvəndin edilməsi məqsədəuyğun sayılmır
13.11.2018
Yatağın altına sabun qoyun

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info