Cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya aşkar olunub
Tarix: 27.03.2014 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


Penitensiar müəssisələrdə qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Maarif Tarif oğlu Bağırovun üzərinə baxış keçirilib. Baxış zamanı onun alt paltarının içərisində gizlədilmiş bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, M.Bağırov Cinayət Məcəlləsinin 181.3.1; 181.3.2; 181.3.4-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib.
Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan Anar Qəhrəman oğlu Əliyevin üzərinə və saxlanıldığı kameraya baxış zamanı onun cibindən daxilində danışıq kartı olmayan bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, A.Əliyev Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilib.
Hər iki fakt üzrə araşdırma aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
06.06.2020
Azərbaycanda karantin rejimini pozan 900-ə yaxın şəxs cərimələnib
06.06.2020
Hansı ölkələrdə daha çox çörək yeyilir?
06.06.2020
ÜST maskaların istifadəsinə dair təlimatını yeniləyib
06.06.2020
Polis səsgücləndiricilər vasitəsi ilə maarifləndirici tədbirlər həyata keçirir - VİDEO
06.06.2020
Həftəsonu yaxınlarının dəfninə qatılmaq istəyənlər DİN-dən icazə almalıdırlar

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info