“Yol ayrıcında: İstanbuldan Kabilə qədər müasir incəsənət” sərgisi əhatə etdiyi ölkələrin bir-biriləri ilə qarşılıqlı əlaqələrinin sənət aləminə təcəssümünü əks etdirir.
Bu sözləri Londonda məşhur “Sotheby’s” hərrac evində keçirilən Mərkəzi Asiya və Qafqaz ölkələri rəssamlarının əsərlərinin satış-sərgisinin kuratoru Suad Qarayeva müsahibəsində deyib.
S.Qarayeva bildirib ki, bu il ikinci dəfə təşkil edilən sərginin əhatə dairəsi genişlənib, Türkiyə, İran və Əfqanıstan kimi ölkələrin rəssamlarının da iştirakı təmin olunub. Sərginin əhatə dairəsinin genişlənməsi həm də bu ölkələrin bir-biriləri ilə müxtəlif sahələrdə qarşılıqlı əlaqələrinin sənət aləmində təcəssümünü əks etdirir.
Ötən il keçirilən sərginin uğurla başa çatdığını söyləyən kurator builki sərgiyə də böyük ümidlər bəsləndiyini bildirib.
S.Qarayeva gələcəkdə də fəaliyyətlərinin hərrac və ya sərgi şəklində davam etdiriləcəyini vurğulayıb.
Təhminə
|