Azərbaycan rəssamlarının əsərləri “Sotheby’s” satış-sərgisində nümayiş etdirilir
Tarix: 28.03.2014 | Saat: 10:25:00 | E-mail | Çapa göndər
Londondakı məşhur “Sotheby’s” hərrac evində Mərkəzi Asiya və Qafqaz ölkələri rəssamlarının əsərlərinin satış-sərgisi açılıb.
“Yol ayrıcında: İstanbuldan Kabilə qədər müasir incəsənət” devizi altında keçirilən sərgidə Mərkəzi Asiya respublikaları, İran, Türkiyə və Cənubi Qafqaz ölkələrindən müasir dövr rəssamlarının 60-a yaxın əsəri nümayiş olunur. Tədbirə “PASHA Bank” sponsorluq edir.
Bütün dünyada məşhur olan hərrac evində region ölkələrinin, o cümlədən Azərbaycanın müasir rəssamlarının əsərlərindən ibarət sərgi artıq ikinci dəfədir ki, geniş auditoriyaya təqdim olunur.
Budəfəki sərgidə Azərbaycan rəssamlarının 10 işi nümayiş etdirilir. Sərgidə üç nəsil rəssamlarımızın portret janrında əsərləri yer alıb. Rəsmlərin mövzusu isə müxtəlifdir. Əsərlərdə siyasi, sosial-iqtisadi, eləcə də Azərbaycanın qədim və zəngin mədəniyyəti ilə bağlı mövzular əksini tapıb.
Burada həm çox məşhur, həm də nisbətən az tanınan, amma maraqlı əsərlər müəllifi olan rəssamlar təmsil olunurlar.
Tahir Salahov, Mirnadir Zeynalov, Aida Mahmudova, Tofiq Cavadov, Aydan Salahova, Toğrul Nərimanbəyov, Cavad Mircavadov, Faiq Əhməd, Rəşad Ələkbərov və Rauf Məmmədovun sərgidə nümayiş olunan əsərləri son 50 ildə Azərbaycan təsviri sənətinin nə dərəcədə rəngarəng olduğunu və inkişaf etdiyini göstərir.
Xatırladaq ki, 2013-cü ilin martında “Sotheby’s” hərrac evi ilk dəfə Qafqaz və Mərkəzi Asiya ölkələrinin müasir incəsənət nümunələrinin satış-sərgisini təşkil edib. Sərgidə 1960-cı illərin nonkonformizm və sosrealizmindən yeni bədii təcrübələrədək olan dövrü əhatə edən 50-dək əsər satışa çıxarılıb.
“Sotheby’s” 1744-cü ildən sənət əsərləri kolleksiyaçılarını öz ətrafında birləşdirən dünyanın ilk beynəlxalq hərrac evidir. Hazırda “Sotheby’s” Nyu-York, London və Parisin onlarla satış mərkəzlərində hərraclar təşkil edir, 40 ölkədə 90-dan çox ofis şəbəkəsinə malikdir.
Sərgi aprelin 1-dək davam edəcək.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.04.2018
Natali Portman İsrailin nüfuzlu mükafatından imtina edib
20.04.2018
Sona Vəliyevanın “Qar ətri” kitabı ingilis dilində işıq üzü görüb
20.04.2018
Mayası gülüş və musiqi ilə yoğurulmuş ömür
20.04.2018
Füzuli Dram Teatrında “Ələddinin sehrli çırağı”
18.04.2018
El şairləri ədəbi proseslərdə yaxından iştirak edirlər

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9068

1 Mətanət Səmədova: “Əslində, peşəkar müəllim olmaq üçün heç də yaşlanmaq əsas deyil”
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 İlham Əliyevin andiçmə mərasimi olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info